«Leyli və Məcnun» haqqında yazılmış poemalara Şərq ədəbiyyatında bir çox şairin yaradıcılığında rast gəlirik. Zəmiri, Həqiri Təbrizi, Dəhləvi, Nizami Gəncəvi, Məhəmməd Füzuli və b. Azərbaycan dilində ilk yazılmış Leyli və Məcnun 1500-cü illərdə yazılmış şair Zəmiriyə aiddir. Daha sonra 1525-ci ildə H.Təbrizi, 1539-cu ildə isə M.Füzuli yazmışdır. Fars dilində isə 1188-ci ildə Nizami Gəncəvi yazmışdır. Bütün «Leyli və Məcnun»lar eyni və yaxın sujet xəttinə malikdir. Dastanlar, arxaik janrlar bir qayda olaraq, mövcud mifləri, tarixləri, obrazları və inancları bir araya gətirməyə və yazılı bir mətndə təsbit etməyə imkan verən daha yüksək bir sivilizasiyanın məhsuludur.