məzmunu( Nizamidən fərqli olaraq Füzuli sufi-irfani məzmunludur, dövrün tələbinə uyğun olaraq)
obrazları( Nizamidən fərqli olaraq Füzulidə Zeyd və Zeynəb xətti kiçildilmiş, Zeyd-Qeys xətti daha ön plana çıxmışdır)
bədii tərtibatı(Nizamidən fərqli olaraq Füzulidə poema ana dilində yazılmış dibaçə ilə başlayır, daha sonra ənənəvi giriş(Minacat-Allahın tərifi,Nət-peyğəmbərin qüdrəti-mqəddəsliyi,mədhiyyə-hökmdarın tərifi,fəxriyyə-şairin özünün qüdrətindən bəhs)
Qeyd edək ki, Nizami öz əsərini hökmdar Şirvanşah Axsitanın sifarişi ilə yazmışdır. Füzuli isə Anadolu türk şeir bilicilərinin («Rum zərifləri»)xahişi ilə yazmış, Osmanlı hökmdarı Sultan Süleyman Qanuniyə ithaf etmişdir.
Nizami Gəncəvidən sonra Ə.X.Dəhləvi də 1298-ci ildə farsca Leyli və Məcnun əsərini yazmışdır.Nizamidən təsirlənən şairin əsərində fərqli məqamlar bunlardır:
Qeys həqiqi bir dəli kimi verilir.
Nofəl Leylini zorla almaq istəyir.
Leyli ərə verilmir, ancaq Məcnun evlənir(toy günü səhraya qaçır)
Leyli bağda Məcnunun qəzəlini dinləyir və ölür.
Hər ikisində Məcnunun qəzəllər yazdığı məlumdur, Məcnunun Leylinin qəbri üstündə özümü öldürməsi ortaq cəhətlərdir. Həmid Araslının fikrinə görə Dəhləvinin qəhrəmanları xarakter və psixoloji cəhətdən zəifdir və hadisələr , sujet rabitəsiz inkişaf edir.