İcrası hər hansı bir səbəbdən mümkün olmayan işin müqabilində: Çox sağ olun; Sizə zəhmət verdim; Əziyyət çəkdiniz; Nə etmək olar, siz bacardığınızı etdiniz və s.
Arzu-istək və təbrik etmək məqamında: Yaxşı yol; Sağlıqla qalın; Uğur olsun; Xoşbəxt olun; İşiniz avand olsun; Allah işinizə fərəc versin; Allah sənə yar olsun; Ürəyincə ömür sürəsən; Min bir budaq olun; Var olasan; Gözünüz aydın olsun; Yolunuz uğurlu olsun; Bayramınız mübarək; Ad gününüz mübarək; Yeni dərs iliniz mübarək; Həmişə şənlikdə; Halal olsun; Xeyirli olsun; Allah balalarını saxlasın; Allah köməyin olsun; Allah səni ümid yeri eləsin; Allah imdadına çatsın; Ananın südü sənə halal olsun; Əlin-qolun var olsun; Üzün ağ, başın uca olsun; Bərəkətli olsun; Göz dəyməsin; Ömrün uzun olsun; Allah iltifatını artıq eləsin; İlahi, mərhəmətinə min şükür və s.