Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Mövzu: Natiqlik sənətinin işgüzar və akademik kommunikasiya ilə bağlılığı



Yüklə 262,64 Kb.
səhifə104/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   100   101   102   103   104   105   106   107   ...   142
1634046683046 Mühazirələr 1

Mövzu: Natiqlik sənətinin işgüzar və akademik kommunikasiya ilə bağlılığı

Plan:


1.Dünya natiqlik məktəbi

2.Natiqlik sənətinin növləri

3.Akademik natiqlik

4.Məhkəmə natiqliyi

5.Məişət natiqliyi

6.Diplomatik natiqlik



1.Natiqliyin tarixi

Qədim dövrlərdə natiqlik sənəti "ritorika" adlanırdı. Ritorika yunanca "rhetorikos" adlanır, mənası isə "rhetor" - "natiq", "ero" - "danışmaq" adlanır. Ritorika xitabət sənəti kimi başa düşülürdü. Bu sənət dili cilalamaq, gözəl danışıq sənətinə yiyələnmək kimi başa düşülürdü.


Qədim Yunanıstanda e. ə V əsrdə Sokrat tərəfindən istifadə edilən bu sözü yazılı şəkildə ilk dəfə Platonun "Qorgiy" adını verdiyi dioloqunda istifadə olunmuşdu.
Qədim dövrlərdə ritorikanın 3 növü var idi :
Logos
Patos
Etos.
Laqos - Dinləyici və danışan öz qaydalarına bağlıdır. Dinləyən müzakirəsi gedən məsələyə etiraz etmək, öz mühakiməsini yürütmək istəyir. Danışan çox güclü dəlillərlə dinləyəni razı salmağa müvəffəq olur, öz üslubu onun rəğbətini qazanır. Sualların cavablarını öz fərqliliyini qoruyaraq açıqlayır. Dinləyən daha öncə öz mövqeyindən bu qədər asanlıqla dönməmişdi. O, bu cavabdan artıq razıdır.
Patos - Ritorikanın bu növü danışanı aldatmaq, razı salmaq, həyəcanlandırmaq, ya da ovsunlamaq məqsədi daşıyırdı. Etos təsir edəndir, patos isə sualların qaynağıdır. Yəni dinleyici danışanın təsiri altında qalandır,ona inanandır.
"Etos" - ifadəsi latınca "mores" sözündən götürülüb, mənası əxlaq deməkdir. Yəni, gözəl danışan adam əxlaqi bacarığa sahib olmalıdır. Burada "Mən " məsələsi ön sırada durur. Etos natiqin silahıdır. Danışanın peşəsi, ya da ictimai mənşəyi nə olursa olsun, onun əxlaqi cəhətdən hər kəsə nümunə olmağı şərtdir.

Natiqlik sənətinin ilk rüşyemleri Misirdə, Çində daha sonra Ərəbistanda təşəkkül tapmışdır. Qədim zamanlarda xalqın böyük hörmətini qazanmış nüfuzlu və istedadlı natiqlər Şərq bəlağətini ve fəsahətini yüksək səviyyəyə qaldırmışdılar. Natiqlik sənəti Avropada, xüsusilə də Yunanıstanın paytaxtı Afinada geniş şəkildə yayılmağa və inkişaf etməyə başlamışdı. Xüsusilə, Salonun hakimiyyətə gəlməsi (B. e. ə 594-cü il ) apardığı islahatlar, borcların ləğv edilməsi, qulların azad olunması natiqlik sənətinin inkişafına güclü təkan verdi.


Natiqlik sənətinin atası sayılan Demosfen bu dövrdə yetişib fəaliyyətə başladı. Demosfen bu şan - şöhrətə birdən birə gəlib çıxmamışdı. Bu, uzun illər gərgin zəhmətin, mübarizənin ve mətin irdənin hesabına əmələ gəlmişdi. Həyata fiziki cəhətdən qüsurlu gələn Demosfen (çox əsəbi imiş, "r" hərfini düzgün tələffüz edə bilmirdi, danışan zaman çiynini çəkirdi)ilk növbədə qüsurları aradan qaldırır. O, dəniz qırağına gedir, ağzına xırda daş atıb yüksək səslə nitq söyləyir. Çox çəkmir ki, onun yekə dili normal hala düşür və pəltəkliyi aradan qalxır. Sonra özündən hündür olan yerdə qılınc asır və çiyni üzərində saxlayır. Çiynini atdığı zaman qılınca toxunur. Qılıncın verdiyi ağrı hesabına bu qüsurunu da aradan qaldırır. Nəhayət, dosdu Satirin məsləhəti ilə səs tembrindən, intonasiyadan düzgün istifadə Demosfenə müvəffəqiyyət gətirir. Əvvəllər qışqıra - qışqıra danışıb özünü yoran, hətta nitqi yarımçıq qalan, istehzalara, gülüşlərə, lağlağılara məruz qalan Demosfen inadkarlığı nəticəsində istəyinə nail olur və gözəl bir natiqə çevrilir. İlk qələbəsini qohumları üzərində qazanan Demosfen 5 dəfə nitq söyləyir. Bu zaman ona məşhur loqoqraf İsey yaxından kömək edir. Atasının var - dövlətinə sahib çıxmış bu adamlarla mübarizə aparan Demosfen ədalətli bərpa edir. Var - dövləti qaytara bilməsə də, ədalətsiz qəyyumluq edən bu adamları məğlub edir. Elə həmin vaxtdan da natiqlik sənətinə dərindən bələd olmağa başlayır. Ömrünün 42 ilini bu sənətə həsr edir. 


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin