Təqdimatdan öncə ümumi olaraq təqdimatınıza göz gəzdirin. Çatışmayan cəhətləri aradan qaldırın. Eyni zamanda danışığınızı, bədən dilini və səs tonunuzu məşq edin. Bu, sizdə qeyd olunan davranışların peşəkar davranış halına gəlməsinə səbəb olacaq və bu davranışlarınızı inkişaf etdirmiş olacaqsınız. Kiçik fasilələr verin. Təqdimatınız çox maraqlı olsa da, uzun çəkməsi yorucu ola bilər. Ona görə də, əgər təqdimatınız uzun çəkəcəksə təqdimat zamanı bir neçə fasilə verin.
Rəng və animasiyalara diqqət. Sadə hazırlanmış slaydlar insanlara yorucu gələ bildiyi kimi, eyni zamanda daha qabarıq rənglərdən və diqqət çəkən animasiyalardan istifadə olunmuş təqdimat da auditoriyanın fikrini yayındırar. Ona görə də, işgüzar rənglərdən və animasiyalardan istifadə etməyə çalışın. Bir nöqtədə dayanmayın. Təqdimat zamanı eyni nöqtədən diqtə etmək insanlara yorucu gəlir. Amma unutmaq lazım deyil ki, çox hərəkət etmək də xoş qarşılanmır və auditoriyanın fikrini yayındırır. Ayaq səslərinin olmaması üçün ayaqqabı seçiminə diqqət edin. Yazı lövhəsindən istifadə edin. Əgər təqdimatınızda nümunələr, hesablamalar olarsa onları lövhədə yazaraq izah etməyə çalışın. Bu, insanlara daha maraqlı gələcək.