Konqlomerat XX əsrin 60-cı illərində, xüsusilə ABŞ-da böyük surətlə konqlomeratlar meydana gəlmişdir. Konqlomeratlar vahid maliyyə nəzarəti altında bir- biri ilə funksional əlaqəsi olmayan müxtəlif fəaliyyət növlü müəssisələr şəbəkəsinin inteqrasiya formasıdır ki, onlar müxtəlif şirkətlər tərəfdən (üfüqi və yaxud şaquli inteqrasiyasından asılı olmayaraq) udulması və yaxud birləşməsi yolu ilə yaradılmışdır.
Onların xüsusiyyətləri:
bu inteqrasiya formada vahid istehsal ümumilik yoxdur. Birləşən müəsisələr inteqrator firması ilə nə əsas fəaliyyətə görə, nə texnoloji, nə də məqsəd baxımından eyni deyillər
bir qayda olaraq birləşən müəssisələr öz hüquqi və istehsal-təsərrüfat müstəqilliyini qoruyurlar, lakin ana şirkətdən maliyyə cəhətdən tam asılı vəziyyətdə olurlar
konqlomerantlara kifayət dərəcədə əksmərkəzləşmə məxsusdur.(konsernlərin digər formalarına nisbətdə daha azad və avtonom olurlar)
Əsas idarəetmə instrumentləri maliyyə-iqtisadi metodlar, konqlamerantın başında duran holdinq tərəfindən bölmələrin fəaliyyətinin dolayı yolla tənzimlənməsi.
Konqlomeratların müxtəlif ölkələrdə müxtəlif xüsusiyyətləri var: məsələn ABŞ da birləşən şirkətlər arasında heç bir istehsal ümumiliyi olmayan halda Qərbi avropa ölkəərdəki belə növ birləşmələrdəki müəssisələr istehsal prosesində müəyyən dərəcədə əlaqəli olmalıdır.
Konqlomerantlara misal: Mitsubishi, Hanson, Raytheon və s. Məsələn Hanson şirkəti bazarın stabil sektorunda texnoloji cəhətdən sadə müəssisələri almaqda ixtisaslaşır. Bu şirkət idarəedicilərə ciddi nəzarət edir ki, onlara ayrılan büdcəyə uyğun həkət etsinlər və beləliklə də əlavə xərclərdən azad olur.
Konqlomerantlar əsasən udulma və birləşmə sayəsində yaranır. Konqlomerant birləşmələrin əsas motivləri:
-sinergetik effektin alınmsı
-Ucuz alıb baha satmaq imkanı
-bazar və sahələrin strukturlarının dəyişməsi proqnozların verilməsi
- şirkətin rəhbərliyinin imicinin yüksətmək istəyi (uzunmüddətli opsionlar vasitəsilə)
- ali rəhbərlik personalının öz gəlirlərinin artırmaq istəyi
-yeni resurslara və texnologiyya çıxışa istiqamətlənmə
1980-cı illərdən başlayaraq konqlomerantların gəlirləri azalmağa başladı
Onların fəaliyyətində mövcud olan əsas problemlər:
artıq dərəcədə diversifikasiya.. nəticədə istehsal oluan mhsulların rəqbətqabiliyyətliliyi tədricən aşağı düşməsi;
suboptimizasiya: baxmayaraq ki şirkətlərarası texnoloji birlik zəifdir, inteqrsiya daxilindəki formalar adətən qrupdaxiindəki koopersiya əlaqələrini gücləndirməyə çalışırlar. Təbii ki hər bir şirkət özünə sərf edən transfert qiymətini müəyyənləşdirmək istəyir. Nəticədə məhsul son haında çox baha və beləliklə də rəqabətə davamsız olur. Konqlomerantın baş şirkəti bu transfer qiymətlərə görə daim mübahisələri həll etməyə çalışır.
Udulma ardıcıllıqla konqlomerata daxil olan şirkətlərin idarəedici personalının motivasiyası: mülkiyyətçinin dəyişməsi yaxud muzdlu işçiyə çevrilməsi menecerlərin işlərinin səmərəliliyinə böyük təsir göstərə bilər.
Udulma üçün seçilən hədəf-şirkətin alınması üçün iri vəsait: bura həm müəssisənin bazar qiyməti, həm səhmdarlara udulan şirkətə nəzarəti itirdiklərinə görə, idarəedici heyyətə “qızıl paraşut”ların verilməsi ki, onlar şirkəti çox ziyan vurmdan tərk etsinlər. Beləliklə də udulma prosesi iri vəsait tələb etdiyinə görə çox zaman konqlomerantın bütövlükdə fəaliyyətini səmərəliliyinin aşağı düşməsinə gətirirlər.
Konqlomerantın həyat qabiliyyətliliyi əhəmiyyətli dərəcədə ali idarə heyyətinin ixtisasının səviyyəsindən asılıdır. Yüksək ixtisaslı kadrları olmaması konqlomerat üçün ölümə bərabərdir
Kartel
Kartel- bir sahənin firmalarının razılaşma əsasında birləşməsidir. Razılaşma şirkətlərin kommersiya fəaliyyətinin müxtəlif istiqamətlərinə aiddir- qiymət, satış bazarı, istehsalın və satışın həcmi, işçi qüvvənin işə götürmə şərtləri və s. Razılaşma həmişə yazılı şəkildə olmur. Çox zaman sirli məqalə kimi hansısa rəsmi sənədin əlavəsi kimi, yaxud şifahi “centlemen razılaşması” kimi olur.
Kartelə daxil olan müəssisələr öz hüquqi maliyyə, istehsal və konmmersiya statusunu saxlayırlar.
Kartelin növbəti xüsusiyyətləri mövcuddur:
Birləşmə razılaşma əsasında həyata keçir;
Bu forma istehsalçı qrupların aralarında danışıq formasıdır ki, aralarındakı rəqabəti götürür və birgə gəlir əldə etməyə sövq edir;
Bir sahənin bir sıra müəssisələrinin birləşməsidir;
Antinhisar qanunvericiliyə uyğun kartellərin fəaliyyəti (müəyyən sahələri əhatə edən kartellər istisna olmaqla, ilk növbədə kənd təsərrüfatı) bir çox ölkələrdə qadağan olunub. Xüsusən bu qadağa qiymətləri müəyyənləşdirən, bazarı bölən, məhsulların istehslını məhdudlaşdırn kartellərə aiddir.
Qərbi Avropa ölkəlrində kartellər “arzuolunan” və “zərərli” kateqoriyalara bölünür. ABŞ da isə kartellər ümumiyyətlə qadağan olunub. Onların funksiyalarını sahə masştabında bazarın firmalararası tənzimlənməsini həyata keçirən ticarət-sənaye assosiasiyalar yerinə yetirir. (sahibkarlar birlikləri)
Dünya təcrübəsində kartellərin bir neçə növlərini fərqləndirirlər:
pul karteli, pay karteli, alıcılıq karteli, böhran karteli, patent karteli, istehsal karteli, qiymət karteli
Pul kartelləri
Istehsal kartelləri
Böhran karteli
Alıcılıq karteli
Pay karteli
Patent kartelləri
Qiymət kartelləri
Regional karteli və s
Dostları ilə paylaş: |