Assosiasiya.
Assosiasiya- ümumi təsərrüfat, elmi, mədəni, və s. qeyri kommersiya məqsədilə hüqquqi və fiziki şəxslərin könüllü birləşməsidir.
Xüsusiyyətləri:
-şirkətlərin inteqrasiyasının ən yumşaq forması;
- Müəyyən funksiyaların, əsasən informasiya xarakterli funksiyaların mərkəzləşdirilməsi;
- assosiasiyanın iştirakçıları öz hüquqi statuslarını və təsərrüft müstəqiliyini saxlayırlar;
- tövsiyyə xarakterli fəaliyyətin koordinasiyası məqsədilə yaradılır,
-iştirakçıların öhdəliklərinə görə assosiasiya cavabdeh deyil;
-təsis müqaviləsi əsasında assosiasiyanın iştirakçıları müəyyən olunmuş həcmdə və qydada subsidiar məsuliyyət daşıyırlar;
-assosiasiya iştirakçıları birləşmənin xidmətlərindən əvəzsiz, təmənnasız yararlana bilərlər
Ticarət Assosiasiyası- hökumət və qanunverici orqanlarda informasiya mübadiləsi və ümumi maraqların lobbiləşməsi üçün sahəyə daxil olan şirkətlər tərəfindən yaradılan strukturdur
Dostları ilə paylaş: |