3. .Birgə müəssisələrin mahiyyəti, məqsədləri və motivləri. Müştərək müəssisələrin xarici bazarlara çıxış üsulları
Müştərək müəssisələrin yaradılması mərhələləri
Birgə müəssisələrin yaradılması formaları
1.Birgə müəssisələrin mahiyyəti, məqsədləri və motivləri
İstənilən dövlətin iqtisadi inkişafı strategiyasında başlıca rol xarici ölkələrlə qarşılıqlı təsərrüfat iqtisadi fəaliyyətin yaradılmasına yönəldilir, belə ki, beynəlxalq əmək bölgüsündə iştirak prosesində uyğunlaşdırılmış bacarıqların (vasitələrin) istifadəsi ölkənin iqtisadi artırnınm başlıca mənbələrindən biri hesab edilir.
Xarici mühit şərtlərinin təsiri altında iqtisadi əməkdaşlıq formaları daima təkmilləşir və inkişaf edir. iqtisadi əməkdaşlıq zəminində əlaqələrin başlanğıc mərhələsi kimı milli və xarici kontragentlərlə birbaşa və eləcə də vasitəçilər vasitəsi ilə bağlanmış birdəfəlik xarici iqtisadi ticarət müqavilələri çıxış edir. Milli müəssisələrin xarici bazarlarda iqtisadi ticarət fəaliyyətinin dərininə inkişafmda növbəti mərhələ ixtisaslaşmış xidmət sahələrinin yaradılmasıdır ki, bu sahələr də xarici ticarət əlaqələrinin yaradılmasının birbaşa amili olan inkişaf əməkdaşlıq haqqında müqavilələrin bağlanılmasma və öhdəliklərin yerinə yetirilməsinə cavabdehlik daşıyırlar.
Milli müəssisələr və xarici, beynəlxalq şirkətlər arasında qarşılıqlı iqtisadi əlaqələrin inkişafında vacib mərhələ xarici iqtisadi fəaliyyət subyektləri tərəfindən digər (əmək-daşlıq edilən) dövlətlərin ərazisində öz müəssisələrinin açılması mərhələsi hesab olunur.
Nəhayət, xarici dövlətlərin müəssisələri ilə yerli müəssisələr (kontragentlər) arasında əməkdaşlığın bir mərhələsi də birgə iqtisadi əməkdaşlığın növlərini əhatə edir
layihənin reallaşdırılması prosesində texniki qarşılıqlı fəaliyyət;
Birgə sahibkarlıq forması kimi birgə müəssisələrin inkişaf etməsi bir sıra obyektiv səbəblərlə şərtləndirilmişdir.
- birincisi, elmi texniki tərəqqi və iqtisadi inkişafıyla əlaqədar olaraq yeni sənaye sahələrinin meydana çıxması orıun reallaşdırılması üçün investisiya qoyuluşu tələb edir ki, bu da bəzən ayrılıqda götürülmüş hər hansı bir ölkənin iqtisadi gücü daxilində olmur.
-ikincisi, elmi texniki inkişaf, texnika və texnologiyanm yenilənməsinə ehtiyac əlavə xarici investisiya cəlb edil-məsini tələb edir.
-üçüncüsü, ölkələr arasmdakı təbii və əmək resurslarındakı fərq bir sıra ölkələri təbii resursların mənim-sənilməsi və əlavə iş yerlərinin açılması nəticəsində məşğulluğun artırılması məqsədilə xarici investisiya cəlb edil-məsinə, digər ölkələri isə əlavə kapitalm hələ işə salınmamış iqtisadi fəaliyyət sahələrinə yönəldilməsinə sövq edir. Bu səbəblər vasitəsilə birgə sahibkarlığın müxtəlif ölkələrin kapitallarmin birləşdirüməsinə əsaslanan və ənənəvi ticari-iqtisadi münasibətləri tamamlayan uzunmüddətli iqtisadi, elmi-texniki və istehsal, yönümlü beynəlxalq mü-nasibətlərin daha proqressiv və kompleks forması kimi yeri və rolu müəyyənləşdirilir.
Birgə sahibkarlıq özündə müəyyən bir əməkdaşlıq sistemini formalaşdırır ki, bunun vasitəsilə müstəqil təsərrüfat sahələri formalaşır; tərəfdaşların əllərində olan vasitələr, resurslar və güclər birləşir; təsərrüfat fəaliyyətinin birgə idarə edilməsi və gəlirlərin bölüşdürülməsində birgə iştirak üzrə münasibətlər inkişaf etdirilir.
Birgə sahibkarlıq çərçivəsində yaranan iqtisadi əmək-daşlıq münasibətlərinin reallaşdırılması formafarı kimi birgə jstehsal və birgə müəss]sələr çıxış edir.
Birgə istehsal - birgə sahibkarliğın bir forması kimi özündə vahid bir proses kimİ tərəfdaşlar tərəfindən həyata keçirilən bütün istehsal, istehsaldan qabaq və istehsaldan sonrakı əməliyyatların birləşdirilməsini nəzərdə tutan istehsal sferasına korporativ firmalararası qarşılıqlı fəaliyyətin müxtəlif növlərini özündə ehtiva edir.