Mövzu beynəlxalq şİRKƏTLƏRİn xariCİ bazara inteqrasiyanin təŞKİlati formalari, onlarin xarakteri VƏ XÜsusiYYƏTLƏRİ



Yüklə 74,69 Kb.
səhifə12/18
tarix02.01.2022
ölçüsü74,69 Kb.
#35398
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
movzu 4

Birgə müəssisələr - milli və xarici tərəfdaşların elə birgə sahibkarlıq formasıdır ki, onun vasitəsi ilə ümumi istehsal bazası yaradılır; yerli və xarici şirkət tərəfdaşlarmm birgə mülkiyyətinə daxil olan məhsul yaradılır; birgə fəaliyyətin ümurni idarə edilməsi, gəlirlərin bölüşdürülməsi həyata keçirilir.

Milli və xarici iqtisadi və hüquqi ədəbiyyatlarda "Birgə müəssisələr" anlayışmı tam müəyyən edən ortaq fikir yoxdur; müxtəlif şəkildə "qarışıq cəmiyyət", "qarışıq kampaniya", "birgə firma", "xüsusi mülkiyyətə əsaslanan müəs-sisə" və s. anlayışlarına rast gəlmək olar.

Milli iqtisadi-hüquqi praktikada başlıca olaraq müştərək müəssisələr (müəyyənləşdirilmiş həcmdə xarici investisiya payı olan müəssisələr üçün) və xarici müəssisələr (100% xarici investisiya kapitalına əsaslanan təsərrüfatçılıq fəaliyyəti subyektləri üçün).

Birgə müəssisə - elmi istehsal, kommersiya, istehsal, kənd təssərrüfatı və mövcud qanunvericiliyə müvafiq olaraq qadağan edilməmiş istənilən digər fəaliyyət növlərinin həyata keçirilməsi üçün müxtəlif təsərrüfat hüquqi formaları da yaradıla bilər.

Müştərək müəssisələrin yaradılması və funksiyalaşdırılması əsas şərtlərinə aşağıdakılar daxildir:

  • milli və xarici tərəfdaşlarm kapitallarənən birləş-
    dirilməsi;

  • təssərrüfatçılıqda ümumi idarəetmə;

  • fəaliyyətdən ümumi gəlirlərirı əldə edilməsi və bö-
    lüşdürülməsi;

  • risklərə görə ümumi məsuliyyət.

Müştərək müəssisələrin yaradılmasının əsas prinsipləri kimi tərəfdaşlar üçün layihənin bərabər gəlirliyı; müştərək müəssisələrin funksiyalaşdırılmasınm əsas prinsipi kimi isə müəssisənin öz xərclərini ödəməsi qabiliyyətinin təmin edilməsi çıxış edir.

Digər beynəlxalq əməkdaşlıq formaları ilə müqayisədə müştərək müəssısə aşağıdakı üstünlüklərə malikdirlər:

  • uzunmüddətli iqtisadi əməkdaşlıq;

  • müəssisənin fəaliyyətinin bütün sferalarmda qarşılıqlı fəaliyyət üzrə tərəfdaşlarm potensiallarından kompleks istifadənin mümkünlüyü;

  • qarşılıqlı fəaliyyət tərəfdaşları tərəfindən ancaq istehsal prosesləri üzərində deyil həm də məhsulün reallaşdırılması üzərində nəzarətin təşkil olunması.

Müştərək müəssisə formasında təsərrüfat sferasında əməkdaşlıq edən tərəfdaşların maraqları aşağıdakı imkanlar vasitəsilə müəyyənləşir:

  1. Daha effektiv xarici iqtisadi fəaliyyətin təşkili.

  1. Daha böyük elmi texniki effektivliyin əldə olunması.

  2. Ümumilikdə istehsal fəaliyyətinin ixtisaslaşdırılması və kooperativləşdirilməsindən yüksək effektivliyin əldə olunması.

  1. Resurs və vəsait çatışmazlıqlarının aradan qaldırılması.

  2. Sahibkarlıq risklərinin aşağı salmması.

  3. Zaman baxımmdan üstünlüyün əldə edilməsi.

  4. Yeni satış bazarlarınm ələ keçirilməsi.

  5. İstehsalın difersifikasiyası.

Sadalanan motivlər birgə müəssisə formasmda əməkdaşlıq edən tərəflərdən hər birinin məqsədlərinin reällaşdırılması üçün əsas yaradır.

Milli tərəfdaşlarm məqsədləri:

  • istehsalın təşkili və idarə edilməsjnin proqressiv
    metodlarının mənimsənilməsi;

müli məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətliliyinin yüksəldilməsi;

  • xarici investisiyanm cəlb edilməsi;

  • elmi texniki yeniliklərin mənimsənilməsi müddətinin qısaldılması və s.

Xarici tərəfdaşların məqsədləri:

  • məhsul və xıdmət satışı bazärlarınm genişləndirilməsi;

• sərbəst kapitaldan effektiv istifadə etmək mümkünlüyü;

• daha ucuz istehsal faktorları tətbiq edilməsi hesa-


bına istehsal məsrəflərinin aşağı salınması və s.

Tərəfdaşlann ümumi məqsədləri:

  • yeni istehsal güclərinin yaradılması zamanı kapital it-
    kiiərinin (risklərin) minimumlaşdırılması;

  • konkret mövcud coğrafi bazarlara daxil olmaq;

  • yerli bazarda aparılan əməliyyatlara münasibətdə
    idarəetmə bacarıq və vərdişlərinin qazanılması; yeni fəaliyyət sferasma doğru irəliləmək;

  • yeni istehsal bazasının və xammal mənbələrinin əldə olunması;

• yeni bazarlardakı tələbatm öyrənilməsi və ticarət kanallarının əldə edilməsi;

• istehsal faktorlarının dəyərinin aşağı səviyyəsində


üstünlükdən istifadə edilməsi.

Lakin praktikada heç də həmişə tərəfdaşlarm maraqları bütün hallarda uzlaşmırlar. Bir qayda olaraq (makroiqtisadi nöqteyi nəzərdə) yerli tərəfdaş üçün sərfəli olmayan, lakin xarici tərəfdaşlar üçün sərfəli olan məsələ xammal resurslarının daşmması prosesidir.


Yüklə 74,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin