"Məqsədlər haqqında razılaşma" layihəsinin hazır-lanması. "Məqsədlər haqqmda razılaşma"-da gələcək müəssisənin fəaliyyət prinsipləri və əsas şərtləri formulə edilır: təsis edilmə məqsədi və predmeti; satış bazarları; istehsal obyektləri (tətbiq edilmə sahələri.texniki göstəri-ciləri); nizamnamə kapitalmm həcmi və tərəfdaşlar tərəfindən orada yaradılan payın məbləği; texniki sənədləşdirmə; idarəetmə və fəaliyyətin planlaşdırılmasmm başlıca prinsip-ləri; şəxsi heyət və əməyin ödənilməsi şərtləri; istehsalın gözlənilən həcmi; nəzərdə tutulan funksiyalaşdırma müddətləri; təsis sənədlərinin təqribi strukturu.