4. Birja ticarətinin təşkili
Ticarətin təşkil olunması üçün birja ticarət qayalarını hazırlamağı və ticarət qaydalarına, normalarına, hərrac iştirakçılarının zalda davranış qaydalarına ciddi riayyət etməsinə əməl etməlidir. Birja əməliyyatları bir sıra xüsuyyətlərə malikdir ki, bununda birja ticarətinə təsiri vardır. Bunlar aşağıdakılardır:
xüsusi yerlərdə keçirilmə;
birja əmtəələri üzrə standart kütlələrlə (partiyalar, lotlar, dəstlər) keçirilmə;
əmtəənin özü birjada olmadıqda onun təsviri üzrə keçirilmə;
daimi keçirilmə;
aşkar keçirilmə;
qiymətqoymanın sərbəst olması;
dövlət tərəfindən birbaşa tənzimlənməməsi;
vasitəçilər tərəfindən keçirilməsi;
qanunlarda və birjanın nizamnaməsində göstərilmiş vahid qaydalarla keçirilməsi;
əmtəənin keyfiyyəti nəzərə alınmaqla keçirilməsi;
ixtisaslaşmaya məruz qalması.
Beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş kapitalist ölkələrinin xarici ticarət əməliyyatlarının aparılmasında birja fəaliyyətinin xüsusi çəkisi 50%-dən çox təşkil edir. Lakin, müasir dövrdə Azərbaycan Respublikasında əmtəə birjalarının xarici ticarət əlaqələrində xüsusi çəkisi 2%-dən çox təşkil etmir. Bu onu göstərir ki, birja fəaliyyətinin inkişafı fond bazarları ilə (xüsusilə qiymətli kağızlar) disproporsiya təşkil edir. Buna obyektiv və subyektiv səbəblər mövcuddur. Əmtəə birjalarının inkişafı və onların dünya səviyyəsinə çıxması üçün mütləq müasir dövrdə dövlət nəzarəti həlledici rol oynamalıdır.
Təcrübədə birja ticarəti vasitəsilə ölkələr daxilində və hətta beynəlxalq miqyasda istehsal və istehlak vasitələri, kapital və səhmlər, pul vəsaitləri, xarici valyutalar, işçi qüvvəsi və s. bölüşdürücü və təkrarən bölüşdürülməsi təmin olunur.
Azərbaycanın sosial inkişafı ilə əlaqədar olaraq xarici ticarətin inkişafında dövlət sektoru ilə bərabər (sənaye məhsulları), özəl sektorlarda (xüsusən aqro-sənaye kompleksi) həlledici rol oynamalıdır. Bunların qarşılıqlı əlaqəsi mütləq respublikada mövcud olan əmtəə birjalarının və fond bazarlarının bir-biri ilə əlaqəsi hesabına genişləndirmək olar.
Bu məqsədlə aşağıdakı tədbirlər konsepsiyalarını həyata keçirmək məqsədəuyğun olardı:
I. Respublika əmtəə bazarının genişləndirilməsi, onların səlahiyyətlərinin çoxalması, yarmarka və sərgilərin təşkilində dövlət sənaye-ticarət palatası ilə bərabər respublikanın sosial-iqtisadi Nazirliyi də hərtərəfli köməklik göstərməlidir.
II. Əmtəə bazarının inkişafında və xarici ticarət əməliyyatlarının genişləndirilməsində respublikada mövcud olan dövlət bankları, kommersiya bankları və həmçinin digər banklar borc-kreditlərin(investisiyalar) aşağı %-lə verilməsi və girovların qoyulması nisbətən sadələşdirilməlidir.
III. Yerli sahibkarların inkişafını nəzərə alaraq idxal əməliyyatlarının daxili bazarın tələbatına uyğun olaraq müəyyən edilməlidir.
IV. Özəl sektorların xüsusən kənd təsərrüfatı məhsullarının ixracını nəzərə alaraq vergi və gömrük tariflərinin təkmilləşdirilməsi məqsədəuyğun olardı.
V. Xarici vətəndaşların respublikanın hüquqi və fiziki şəxslərlə müştərək müəssisələrin yaradılmasında respublikanın birja fəaliyyətinin həlledici rolunun denişləndirilməsi üçün dövlət təminatı verilməlidir.
Azərbaycan Respublikasında da müvafiq qanunvericiliyə əsasən birja fəaliyyəti möcuddur. Lakin bir sıra birjaların (xüsusilə əmtəə birjalarının) fəaliyyətini yox dərəcəsindədir. Milli bazar baxımından nisbətən inkişaf etmiş birjalara Bakı banklararası valyuta birjası ticarət proseslərində beynəlxalq səviyyəli əməliyyatların da mühüm yer tutacağı proqnozlaşdırılır.
Beləliklə, müasir dövrdə birjalarsız bazar infrastrukturunu təsəvvür etmək mümkün deyildir. Bazar iqtisadiyyatına keçidlə əlaqədar, bazar münasibətlərinin formalaşması və yeni mexanizmlərin yaradılması əsas tələblərdən biridir. Eyni zamanda hazırda birjalar beynəlxalq ticarət mərkəzinə çevrilmişdir. Birjaların beynəlxalq ticarətdəki payı ildən-ilə artmaqdadır.
Dostları ilə paylaş: |