Bazel sülhü. Fransa respublikasının hərbi müvəffəqiyyəti iri burjuaziyanın möhkəmlənməsinə kömək etdi. Fransa qoşunlarının zərbələri altında antifransa koalisiyası dağılmağa başladı. Prussiya böyük Avropa dövlətləri içində ilk dəfə mübarizəni dayandırdı. 1795-ci il aprelin 5-də Bazeldə Fransa və Prussiya arasında sülh müqaviləsi imzalandı. Prussiya Reynin sol sahilinin Fransaya keçməsini etiraf etdi. Həmin ilin mayında Fransa və Hollandiya arasında sülh bağlandı. həmin müqaviləyə əsasən Hollandiya İngiltərəyə qarşı müharibədə iştirak etməyə söz verdi. İngiltərə Fransanın qələbələrindən qorxaraq ona qarşı daha da barışmaz oldu.