Konsulluq dövru. 1799-cu ilin 18 brümerdə ( 9 noyabr ) suiqəsdçilər dəstəsi Bonapartı Paris qarnizonunun komandanı təyin etməyə nail oldu.Ağsaqqallar şurasının və Beşyüzlər Şurasının iclasları Parisdə deyil, şəhər kənarındakı qəsəbədə Sen-Kluda keçirildi.Binanı Napoleonun yaxın adamı olan general mühafizə etdirirdi.Napoleon Beşyüzlər Şurasında görünən kimi «Rədd olsun diktator!» və s. səslər ucaldı.Özünü itirmiş Napoleonun köməyinə Beşyüzlər Şurasının sədri olan qardaşı Lüsyen gəldi. O çıxış edib bildirdi ki, əgər Napoleon respublikaya toxunarsa, öz əli ilə onu güllələyəcək.Bundan sonra əsgərlər iclas zalına soxulub, deputatların əksəriyyətini qovdular.Axşam deputatların bir hissəsi Sen Kluda iclas etdi. Buradaca deputatlara əmr edildi ki, Direktoriyanın ləğv edilməsi, hakimiyyətin üç konsula (qədim Romada I illiyə yüksək vəzifəyə seçilən 2 şəxs ) verilməsi haqqında qərar versinlər.
Hakimiyyət üç konsulun Napoleon Bonapartm, Siyeyesin və Roje Dükonun əlinə keçdi.Əslində hakimiyyət Napoleon Bonaparta verilmişdi.Burjua dairələri bonapartist çevrilişi alqışladılar.
Konsullar respublikaya sadiq olacaqları barədə and içdilər. Napoleon özü 18 brümer çevrilişi barəsində deyirdi: «Biz inqilab macərasını axıra çatdırdıq, indi isə onda hansı reallıq olması barəsində düşünməliyik».
II və III konsullar məşvərətçi səsə malik idi. İcraedici hakimiyyət bütünlüklə, qanunverici və məhkəmə hakimiyyəti isə qismən birinci konsula məxsus idi. Son dərəcə qısa müddətdə konsulluq dövlətinin konstitusiyası hazırlandı. Hər bir konsulun adı birinci dəfə üçün konstitusiyaya salındı. Konsulların səlahiyyət müddəti 10 il müəyyənləşdirildi və 1793-1795-ci illərdəki konstitusiyada olan demokratik bəndlərin hamısı 1799-cu il konstitusiyasından çıxarıldı. Konsulluq dövrünün xarici işlər naziri Taleyran Periqor oldu. Əslində xalq Napoleona səs verir, onu xilaskar kimi görürdü.
N. Bonapartın diqtəsi ilə qanunverici komissiya yeni konstitusiyanın layihəsini hazırladı və 24 dekabr 1799-cu ildə xalqa açıqladı. Bu konstitusiyada formal olaraq hakimiyyətin bölgüsü prinsipi öz əksini tapmışdır. Əslində isə qanunverici orqan icra orqanından asılı idi. İcra orqanı senat tərəfindən 10 il müddətinə təyin edilir və üç konsula tapşırıldı. Əslində isə bütün səlahiyyətlər birinci konsulun əlində idi. Birinci konsul qanunvericilik təşəbbüsü ilə çıxış etməklə nazirləri və digər vəzifələri təyin edir, beynəlxalq müqavilələri bağlayırdı. Qanunverici palata Dövlət Şurası qanunları hazırlamalı, Tribunat müzakirə etməli və Qanunverici Korpus isə bu qanunu müzakirəsiz qəbul etməli idi. Konstitusiya ümumi seçki hüququnu bərpa edirdi. Bütün hakimiyyət institutları isə təyinatla formalaşırdı. Konsulluq senatın üzvlərini təyin edir, senatorlar isə Qanunverici Məclisin üzvlərini təyin edirdi. Beləliklə, bütün idarəetmə institutları Şura orqanının əlində cəmlənmişdi. Hansı ki, bu şura orqanının başında da birinci konsul- Napoleon Bonapart dururdu. 21 yaşa çatmış bütütn fransızlar seçkidə iştirak etmək hüququna malik idi. Lakin onlar deputatları deyil, deputatlığa namizədləri seçirdilər. Bu namizədlər siyahısından isə birinci konsul öz istəyi ilə hər üç qanunverici hakimiyyətin üzvlərini beş il müddətinə təyin edirdi. Senatorlar ömürlük olaraq təyin edilirdi.
Napoleon özünə dayaq yaratmaq məqsədi ilə 1802-ci ildə mühacir-zadəganlara amnistiya verdi.İnqilab illərində ölkədən qaçmış zadəganlar geri qayıtmağa başladı.I Napoleon həvəslə zadəgan titulları paylayırdı. əkcə, 1808-1814-cü illər arasında 360 zadəgan titulu verilmişdi.1805-ci ildə Napoleon özünü İtaliyanın da kralı elan etdi.
Konsulluq və imperiya illərində mərkəzləşmiş bürokratik dövlət aparatı qəti şəkildə bərqərar oldu.İnqilab illərində yaradılmış seçkili idarə orqanları aradan qaldırıldı.Perfektura sistemi yaradıldı.Departamentlərin, polis idarələrinin başında perfektlər dururdu, departamentlərdəki icra və qanunvericilik funksiyaları onların əlində cəmləşmişdi.Ölkədə tədricən hərbi-bürokratik diktatura qurulur, bütün demokratik təsisatlar ləğv edilirdi.1800-cü ildə ölkədəki 73 qəzetdən 60-ı bağlanmışdı.Ali və orta təhsil, elm ocaqları nəzarətə götürülürdü, son dərəcə qvvətli polis aparatı yaradılmışdı.Napoleonun yaxın adamı Buşye polis naziri təyin edilmişdi.
XVIII əsrin sonlarından etibarən Fransa sənaye inqilabının başlanması mərhələsinə daxil olmuşdu. 1800-cü ildə Fransa bankı, 1810-cu ildə isə iki şura: ticarət üzrə və fabrik-manufaktura üzrə şuralar yaradılmışdı.1804-cü ildə vətəndaş kodeksi qəbul olunmuşdu ki, bu da sonradan Napoleon kodeksi adlandırıldı.Kodeks şəxsiyyət toxunulmazlığını, vicdan azadlığını, qanun qarşısında vətəndaşların bərabərliyini, xüsusi mülkiyyət toxunulmazlığını elan edirdi.1807-ci ildə-cinayət kodeksi, 1811-ci ildə isə Kommersiya kodeksləri qəbul edildi.I Napoleonun hakimiyyəti illərində bonopartizm bərqərar oldu. Bonopartizm- Napoleon diktaturası burjua dövlətçiliyinin elə xüsusi formasıdır ki, burada burjuaziya siyasi hakimiyyətdə iştirak etməkdən uzaqlaşdırılmışdı.
1800-1801-ci illərdə Napoleonun daxili və xarici siyasəti sahəsində həyata keçirdiyi tədbirlər onun daxili və beynəlxalq mövqelərini xeyli möhkəmləndirdi. 1802-ci ildə plebisit yolu ilə Napoleon Fransanın ömürlük birinci konsulu təyin olundu. Tədqiqatçılar Fransanın qələbələrini, faciəsini də I Napoleonun adı ilə bağlayırlar.
Napoleonun xarici siyasətində başlıca uğurları Roma Papası ilə razılığa gəlməsi və mühacir zadəganlara amnistiya verilməsi olmuşdu. Napoleon 1800-ci ildə Roma Papası ilə diplomatik danışıqlara başladı və 1801-ci ildə onların arasında konkordat imzalandı. Sənədə görə Napoleon katolik məzhəbini Fransanın dövlət dini elan edirdi, əvəzində Papa müsadirə olunmuş bütün kilsə torpaqlarını yeni sahiblərinin mülkiyyətinə daxil olmasını qəbul edir və onların lənətlənməsi fikrindən imtina edirdi. Roma Papasının dəstəyi ilə Napoleon 1802-ci ildə özünün əbədi konsul seçilməsini reallaşdırmış,
Dostları ilə paylaş: |