Direktoriya dövrü. Yakobin diktaturası devrildikdən sonra Fransanın Avropa koalisiya dövlətlərinə qarşı apardığı müharibə ədalətli, azadlıq müharibəsindən ədalətsiz, işğalçılıq müharibəsinə çevrilməyə başladı. Fransa tərəfindən müharibənin xarakterinin dəyişməsi İtaliya səfəri zamanı daha aydın meydana çıxdı. Fransa iri burjuaziyası Fransanın hərbi üstünlüyündən istifadə edərək qonşu ölkələri soyur, yeni bazarlar ələ keçirir, Avropada hökmranlığını möhkəmlətmək, rəqibi İngiltərəni sıxışdırıb çıxarmaq istəyirdi.
İtaliya müharibəsinə ümumi rəhbərlik gənc general Napoleon Bonaparta tapşırıldı. Fransa ordusu Alp dağlarının ən çətin keçidini aşıb, Sardiniya kralmı məğlub etdi və onu koalisiyadan çıxmağa məcbur etdi. Fransa qoşunları həmçinin İtaliyada Avstriya qoşunlarını da darmadağın etdi. Napoleon Bonapartın fıtri sərkərdəlik istedadı və inqilab nəticəsində ruhlanan əsgərlərin zəhməti sayəsində cəbhənin həmin sahəsində əsaslı dəyişiklik baş verdi. Avstriya Fransa ordu hissələrindən üç dəfə artıq hərbi qüvvəyə malik olmasına baxmayaraq Napoleonun görünməmiş hərbi istedadı nəticəsində ciddi məğlubiyyətə uğradı. Bu qələbələrin əsas səbəbi Fransa respublikası qoşunlarının üstünlüyü idi. Fransa ordusu feodal zülmündən azad olmuş kəndlilərdən ibarət idi. Müharibənin birinci dövründə İtaliyada geniş əhali kütlələri Fransa ordusunu xoş niyyətlə qarşılayırdı. Onlar ümid edirdilər ki, Fransa İtaliya kəndlilərinin habsburqların zülmündən azad olmasına kömək edəcək. Lakin tezliklə onlar yanıldıqlarını hiss etdilər. Çünki onlar Avstriya zülmündən qurtarıb, Fransa əsarətinə düşdülər.
Fransa ordusuna istedadlı hərbi sərkərdələr başçılıq edirdi. Görkəmli sərkərdələrin -Hoş, Bonapart, Moro, Jurda Levefr, Mürat və başqalarının başçılığı altında Fransa qoşunları dalbadal qələbə çalırdı. Bunlardan Napoleon Bonapart xüsusilə fərqlənirdi.
O, 1769-cu il avqustun 15-də Korsika adasının Ayaçço şəhərində anadan olmuşdur. Xırda mülkədar zadəgan, Karlo adlı vəkilin arvadı Letisiya Romalona Bonapart şəhər kənarında olanda doğum ağrılarının yaxınlaşdığım hiss edərək cəld evə qaçdı heç kimin köməyi olmadan Napoleonu döşəmə üzərində dünyaya gətirdi. Korsika əvvəllər Genuya respublikasına aid idi. Bonapartlar əslən İtaliyanın Toskana vilayətindən idilər. Korsikada hələ qəbilə qaydalarının qalıqları qalırdı. Napoleon anadan olandan 3 ay qabaq Korsika Fransanın torpağı elan edilmişdi.
Karlo və Letisiya Bonapartların 13 uşağı dünyaya gəlmişdi. Onlardan 8 nəfəri yaşamışdı.
1.Böyük qardaşı Jozef İspaniya kralı. 2.Qardaşı Lui Hollandiya kralı. 3.Qardaşı Jerom Vestfaliya kralı. 4.Bacısı Toskananın böyük hersoqu. 5.Bacısı Korolina -Neapol kraliçası. 6.Bacısı Polina -Borgeze knyazının arvadı. (O, dövrünün ağıllı və gözəl qadını idi.) 7.Qardaşı Lüsyen daxili işlər naziri, Portuqaliyada səfır, Roma knyazı. 8. Napoleon Bonapart. O, bildirirdi ki, mənim qardaşlarım öz kral vəzifəsindən olduqca çox mənfəət əldə ediblər.Mənə isə ancaq əziyyət veriblər.
Onun atası deyildiyinə görə, çox gözəl, mehriban və olduqca mülayim insan olmuşdu.O, ölərkən böyük oğlu Jozefə bildirmişdi ki, sən ailədə böyük qardaşsan, amma ailənin başçısı Napoleon olmalıdır.
Gənc Napoleonun fransızları görən gözü yox idi. Atası onu 10 yaşında Şimali Fransada olan Briyen şəhərində hərbi məktəbə qoymuşdu. Yoldaşları onu fransızca pis danışdığına görə ələ salır, incidirdilər. Lakin o, əla oxuyurdu. O, 1784-cü ildə 15 yaşında ikən Paris hərbi məktəbinə oxumağa keçdi. Bir il sonra onun atası öldü. Gənc Napoleon ailənin bütün ağırlığını çiyinlərində daşımalı oldu. Bir il sonra podporuçik rütbəsində Cənubda Valans şəhərində işləməyə başladı. Napoleon burada olduqca kasıb yaşamışdı. O, durmadan oxumuş və «Mərmilərin atılması haqqında» ballistikaya dair əsər yazmışdı. Lakin onun kəşfi kağız üzərində qaldı. Napoleon 1792-ci il mayında Parisə gəlir. Tulon royalistləri 1793-cü ildə şəhərdə inqilabi hakimiyyəti devirib İngiltərə gəmilərini köməyə çağırmışdılar. Napoleon Tulonu azad etmək üçün artilleriya rəisinin köməkçisi təyin olundu. Tulonun yeni rəhbərliyi ona planmı həyata keçirməyə icazə verdi və Tulon azad edildi. Napoleona 1794-cü ilin yayında general rütbəsi verildi. Napoleon Valans şəhərində qulluq edərkən Robespyerin qardaşı ilə dostluq əlaqələri qurmuşdu və bu əlaqə də onun general rütbəsi almasını sürətləndirmişdi. 9 Termidor çevrilişindən sonra onu həbs etdilər. Napoleonu Yakobinçilərlə əlaqədə olduğuna görə vəzifəsindən azad etmişdilər. O, 15 gündən sonra həbsdən buraxıldı və hərbi rütbəsi bərpa olundu.
Napoleon İtaliya yürüşünə yola düşərkən orduda aclar dəstəsi deyilənlər ona qarşı çıxış edib bildirdilər ki, uzun illər ərzində ailələrindən ayrı düşüb, hətta çəkmələri də yoxdur. Onun ordusu 30 min nəfərdən və 30 topdan ibarət idi. Ordunun sayı düşməndən 7 dəfə az idi. Napoleon ordu qarşısında çıxış edib onların tələblərinin doğru olduğuna inandığım bildirdi. O, bildirdi ki, siz soyğunçuluq ilə məşğul olmamalısınız, tezliklə həm özünüzü, həm də ailənizi təmin etmək imkanına malik olacaqsınız. Ordunun inqilab zamanı təşkil olunmasına baxmayaraq, demokratik ruhu aşağı düşmüşdü. Zabitlərin, seçki hüquqları ləğv olunmuşdu. Əsgərlərin inqilabı əhval-ruhiyyəsi sönmüşdü. 26 yaşlı general ordunu döyüşə hazır vəziyyətə sala bildi.
Napoleon hesab edirdi ki, ordu müharibədə özünü yedizdirməlidir. Qazanca cəhd etmək istəyi orduda bütün general, zabit və adi əsgərləri, hətta təbilçiləri də ruhlandırırdı.
Yerli əhali avstriyalılıara nifrət edirdi. Bütün Şimali İtaliyanı inqilabı əhval-ruhiyyə bürüdü. Napoleon azadlıq xilaskarına çevrildi. Napoleon italyanlara belə çağırışla müraciət etdi: «İtaliya xalqları! Fransa ordusu sizi azad etmək üçün gəlib. Fransa ordusu bütün xalqların dostudur! Siz onları xoş niyyətlə qarşılayın! Sizin mülkiyyətiniz, adət-ənənələriniz və dininiz toxunulmazdır. Biz ancaq sizi qul vəziyyətində saxlayanlarla döyüşmək üçün gəlmişik». İlk vaxtlar zabitlər, generallar, əsgərlər ona olduqca gənc olduğuna görə inanmırdılar. Amma tezliklə onun təkliflərini alqışlarla qarşıladılar. Ən cəsur əsgərlərin şurası böyük döyüşlərin birindən sonra ona kapral (onbaşı) rütbəsi verdi. O vaxtdan Napoleon uzun müddət əsgərlər arasında «balaca kapral» ləqəbi ilə adlanmağa başladı.Bir çox hersoqluqlar Bonaparta itaət etdiklərini bildirdi. Dörd Avstriya ordusu darmadağın edildi.
Napoleon işğal olunmuş ərazilərdə feodal mükəlləfiyyətlərini ləğv etmiş, kilsə və monastrıları hüquqlarından məhrum etmiş, şəxsiyyət hüquqlarmı möhkəmlətmək üçün yeni qanunlar vermişdi.O, Şimali İtaliyada təzminatın varlılardan alınmasını tələb etmişdi. O, təzminat əvəzi kimi bankların, muzeylərin, sarayların və kilsələrin qiymətli əşyalarım alır və araba karvanları ilə Parisə «Fransa hökumətinə və xalqına» hədiyyə kimi göndərirdi. O, İtaliyada qaldığı il yarım ərzində canlı əfsanəyə çevrildi.
Bonapart 1797-ci il dekabrın 7-də qalib kimi İtaliyadan Parisə qayıtdı.Direktoriya onu Lüksemburq sarayında qarşıladı. Sarayın ətrafı xalq kütlələri ilə dolu idi.Napoleonun sözlərinə görə özünü İtaliyada sadəcə general kimi deyil, xalqın taleyini həll edə biləcək insan kimi hiss edirdi.
1797-ci il oktyabrın 17-də İtaliya şəhəri Kampo-Formiodada Fransa ilə Avstriya arasında sülh müqaviləsi imzalandı. Avstriya Fransanın işğallarmı etiraf etməyə məcbur oldu. Belçika, Reynin son sahillərindəki torpaqlar, habelə Lombardiya Fransaya keçdi. Avstriya ilə sülh müqaviləsinin bağlanmasını sürətləndirmək məqsədi ilə Venesiya və ona bitişik İstriya, Dalmasiya Avstiyaya verildi.
Fransa qoşunlarının qələbəsi nəticəsində bir sıra respublikalar Tsizalpin, Liquriya, Roma, Partenopey və b. təşkil olundu. Napoleon bunları özünün «qız respublikaları» adlandırdı. İtaliya respublikalarının burjua hökumətləri feodalizmə qarşı çevrilmiş bir sıra mütərəqqi islahatlar həyata keçirdi. İsveçrəyə də belə tale qismət oldu.
A.V.Suvorov Napoleonu İtaliya səfərindəki qələbədən sonra onu dünyanın Sezar, Hannibal kimi ən böyük sərkərdələrindən biri hesab etmişdi. «Bu gənc Bonapart necə inamla irəliləyir! O, qəhrəmandır, o, möcüzəli igiddir, xarüqələr göstərən qəhrəmandır» deyərək onunla fəxr edirdi.
Böyük Fransız yazıçısı Stendal 15 cildlik əsərinin 11 -ci cildini ona həsr etmiş, onu «Napoleonun həyatı» adlandırmışdı. O, yazırdı ki, mən onun sarayında qulluq edib, orada yaşamışam. “Mən imperatoru bütün hərbi yürüşlərdə müşayət etmişəm, tutulmuş ölkələrin idarə edilməsində iştirak etmişəm. Artıq neçə əsrlərdən bəri belə böyük insan dünyaya gəlməyib».
Qədim, yaxud yeni dövrün sərkərdələrindən heç biri belə qısa müddət ərzində güclü düşmənlər üzərində adi silahlarla bu qədər böyük qələbələr qazanmamışdı.26 yaşlı cavan oğlan bir il ərzində Makedoniyalı İskəndər, Sezar, Hannibal, Böyük Fridrix kimi sərkərdələri kölgədə qoymuşdu.
Bonapart əfsanəvi cəsarətə malik idi.İtaliya döyüşlərində onun mindiyi 19 at öldürülmüşdü.O, Arkol ətrafındakı döyüşdə bayraq əlində avstriyalıların güllələri altında öz əsgərlərinin önündə gedərək Arkol körpüsünü almışdı.Fransanın qələbəsi nəticəsində 1792-93-cü illərdə təşkil edilmiş koalisiya dağıldı. Ancaq İngiltərə mübarizəni davam etdirirdi.
Fransanın Misir və Suriyanı işğal etməsi
Hələ 1797-ci ilin yaymda Napoleon İtaliyadan Direktoriyaya göndərdiyi məktubda yazırdı: «Biz İngiltərəni məğlub etmək üçün tezliklə anlamalıyıq ki, Misiri ələ keçirmək lazımdır»! O, səfərin planını hazırladı və hökumət onu təsdiq etdi. Hərbi yürüş planı son dərəcə diqqətlə hazırlanmışdı. Napoleon Şərqi öyrənmək üçün 100-dən artıq alimi özü ilə götürməyi nəzərdə tuturdu.
Direktoriya 1798-ci ilin yazında Türkiyəyə aid olan Misirə səfər təşkil etməyi qərara aldı.Fransa Misiri müstəmləkəsinə çevirmək, İngiltərədən Hindistana gedən yolu tutmaq və İngiltərəyə zərbə vurmaq istəyirdi.Napoleon 1798-ci il mayın 19-da 350 gəmi və 38 minlik ordu ilə Tulondan Misirə yola düşdü.Fransa ordusu İskəndəriyyəyə çıxdı və şəhəri aldı.Fransa ordusu sonra Nil çayı ilə Qahirəyə tərəf getdi. Napoleon piramidaların ətrafında öz əsgərlərinə aşağıdakı sözləri demişdi: «Əsgərlər! 40 əsr ərzində bu piramidaların üstündən sizi seyr etmişlər»! Qahirə də Fransız ordusu tərəfindən tutuldu..
Napoleon qələbəni bayram edərkən dahi ingilis dəniz komandanı, admiral Nelson Əbukir boğazında Bonapartın donanmasını məhv etmişdi.Bu hadisədən sonra Napoleon və onun ordusunun Fransa ilə əlaqəsi kəsildi.Alimlər Misirdən 24 cildlik elmi təsvir tərtib etmişdilər ki, bunlar ölkənin sivilizasiyalı idarə edilməsi üçün istifadə edilməyə başlanıldı.Napoleon Qahirədə öz kefindən də qalmırdı. Misirin ən gözəl rəqqasələrini onun hüzuruna gətirmişdilər.Onlar qarayanız olduğuna görə Napoleonun xoşuna gəlmədi.
O, Misirdə möhkəmləndikdən sonra Şərqə Suriyaya tərəf irəliləməyə başladı.Napoleonun ordusu bu zaman qarın yatalağı xəstəliyinə yoluxdu. Stendal bu barədə yazırdı: « Napoleon o vaxta qədər dünyanın heç bir sərkərdəsinin etmədiyini etmişdi.O, lazaretlərə ( səyyar hərbi xəstəxana ) baş çəkir, əsgərlərlə söhbət edir, onların təkliflərinə diqqətlə qulaq asır, həkimlərin öz borclarım necə yerinə yetirdiklərini yoxlayırdı.Xəstələrin narazı olduğu həkimləri onların gözü önündə güllələyirdi».
Xəstəlikdən xilas olmuş ordu Şərqə tərəf irəliləməyə başladı.Amma əsgərlər susuzluqdan, aclıqdan, istidən əziyyət çəkirdi.Buna görə də Napoleonun əmrinə tabe olmurdular.Bonapart öz ağ atından düşərək, silah əlində əsgərlərin önündə piyada şəkildə getməyə başladı.Əsgərlər Napoleonun arxasınca irəliləməyə başladılar.Türklər Yaffa və Xakifada fransızları dayandırmağa cəhd göstərdilər, amma qalalar ələ keçirildi.Napoleonun 10 minlik dəstəsi Suriya paşasının iqamətgahı Akko qalasına yaxınlaşdı.Napoleonun canlı qüvvəsi, mərmiləri çatmırdı, eyni zamanda ingilislər dəniz tərəfdən mühasirədə olan suriyalılara kömək göstərirdi.
Napoleon ordunu Qahirəyə qaytarmağa məcbur oldu.Napoleon Əbukiri ələ keçirdikdən sonra bütün Misir işğal edildi, sərkərdə daha da şöhrətləndi.Napoleon komandanlığı general Kleberə verdi və özü 500 nəfər əsgər ilə donanma olmadığına görə iki freqata (üçdorlu hərb gəmisi) minib Fransaya yola düşdü.Onun qayıtmasının səbəbləri barədə ehtimallar çoxdur.Bir ehtimala görə, Napoleona yeni antifransa koalisiyasının yaranması barədə xəbər verildiyi güman edilirdi.Digər ehtimala görə A.Suvorun Şimali İtaliyada qələbələri barəsində xəbərin ona təsir etdiyi göstərilirdi.Fransanın koalisiya dövlətlərinin hücum təhlükəsi qarşısında qaldığı da ehtimal edilirdi.
Napoleon Misiri tərk etdikdən bir az sonra ərəblər Kleberi öldürdülər.1801-ci ildə Fransa qoşunları Misirdən çıxdılar.
Napoleonu Fransada böyük rəğbətlə qarşıladılar.Napoleonun şöhrətinin artması İngiltərə hökumətini Fransaya qarşı yeni ikinci koalisiya təşkil etməyə məcbur etdi.1798-ci ilin sonu 1799-cu ilin əvvəlində ikinci antifransa koalisiyası yarandı.Bu koalisiyanın təşkilatçılarından biri də Rusiya idi.Rusiyanın hakim dairələri Fransanın güclənməsini Avropa və Asiyada mövqelərinin genişlənməsi üçün təhlükə hesab edirdi.Həmin koalisiyaya Rusiya, İngiltərə, Avstriya, Türkiyə, Neapol krallığı daxil oldu.
Dostları ilə paylaş: |