Mövzu Böyük Fransa burjua inqilabı və ondan sonrkı dövrdə Plan


Böyük Fransa burjua inqilabının tarixi əhəmiyyəti



Yüklə 89,1 Kb.
səhifə22/24
tarix19.03.2022
ölçüsü89,1 Kb.
#53983
1   ...   16   17   18   19   20   21   22   23   24
Mühazir yt 4

Böyük Fransa burjua inqilabının tarixi əhəmiyyəti

Fransa burjua inqilabının tarixi əhəmiyyəti, hər şeydən əvvəl, onun feodalizmi və mütləqiyyəti tamamilə məhv etməsində idi. Heç bir burjua inqilabı feodalizm ilə belə hesablaşmamışdı.

Böyük Fransa burjua İnqilabına burjuaziya başçılıq edirdi. Onun hərəkətverici qüvvəsi xalq kütlələri kəndlilər, şəhər plebeyləri idi. Fransa inqilabı, xalq inqilabı idi. Məhz onun gücü də bunda idi. Xalq kütlələrinin inqilabda fəal, həlledici iştirakı inqilaba vüsət verirdi. Fransa inqilabı məhz bu xüsusiyyətlərinə görə də başqa burjua inqilablarından fərqlənir.

Fransa burjua inqilabı burjua-demokratik inqilabı idi. İnqilabın burjua-demokratik xarakteri yalnız onda geniş xalq kütlələrinin iştirakı ilə deyil, həmçinin zəhmətkeşlərin inqilabi hökumətin qanunverici tədbirlərinə təsir ilə də təzahür edirdi. XVIII əsrin sonunda baş vermiş bu inqilab burjua inqilabının klassik forması idi.

Fransa burjua inqilabı feodal-mütləqiyyət qaydalarının əsaslarım sarsıtdı və digər Avropa ölkələrində burjua münasibətlərinin inkişafım sürətləndirdi. Hətta Rusiyada bolşeviklərin rəhbəri olmuş Lenin onun böyük tarixi əhəmiyyətə malik olduğunu etiraf etmişdi. O, yazırdı:«Böyük Fransa inqilabmı götürün. Bunun böyük inqilab adlanması əbəs deyildir. Bu inqilab, xidmət etdiyi öz sinfi üçün, burjuaziya üçün o qədər böyük iş görmüşdür ki, bütün XIX əsr, bəşəriyyətə tərəqqi və mədəniyyət vermiş olan bu əsr, Fransa inqilabı əlaməti altında keçmişdir. Həmin əsr dünyanın hər tərəfində ancaq onu edirdi ki, azadlıq, bərabərlik və qardaşlıq sözləri arxasında gizlənərək, dərk etməsəydilər də, burjuaziyanın mənafeyinə xidmət edən böyük Fransa burjua inqilabçılarının yaratdıqlarını hissə-hissə həyata keçirir və tamamlayırdı”.

Əgər İngiltərədə inqilab burjuaziya və zadəganların kompromisi əsasında başa çatmışdısa, Fransada inqilab burjuaziyanın zadəganlar üzərində qələbəsi ilə nəticələndi. İnqilab nəticəsində hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşmasının başlanğıcı qoyuldu. Burjua mülkiyyətinin hökmranlığı təşəkkül tapdı və sənaye çevrilişi üçün ilkin şərtlər yarandı.

Böyük Fransa burjua inqilabı bütün dünyada əsaslı dönüş hadisəsi idi. Onun ideyaları nəinki Avropanın, digər qitələrin inkişafına da böyük təsir etdi.

1789-cu il Böyük Fransa inqilabı feodal Avropasını ildırım kimi vurdu.Bu inqilab gələcək dünyanın sosial inkişafının əsas istiqamətlərini qabaqcadan müəyyənləşdirdi.Özündən əvvəlki inqilablardan fərqli olaraq Fransa inqilabı feodal-mütləqiyyət sistemini tam və köklü şəkildə aradan qaldırdı.İnqilabi parlamentin -konventin rəhbərlərinin səhvlərindən istifadə edən burjuaziya qələbədən bəhrələndi.Halbuki, o zaman xalq hakimiyyətinin yaradılması da mümkün idi.

Bir çox Amerika tarixçiləri Fransa inqilabının Amerikadakı istiqlaliyyət müharibəsinin təsiri altmda baş verdiyini qeyd edirlər. Fransız tarixçilərinin bəziləri Böyük Fransa inqilabı Amerikadakı İstiqlaliyyət müharibəsi ilə müqayisə edərək yazırdılar: «Fransa və Amerika inqilabları-zor və müdrüklükdir».Bunlara baxmayaraq tarixçilərin əksəriyyəti Böyük Fransa inqilabının əhəmiyyətini qeyd edərkən onun beynəlmiləl rolunu da yaddan çıxarmırlar.

Direktoriyanın hakimiyyətə gəlməsi Fransa ətrafında koalisiyanı qüvvələrinin fəaliyyətini zəiflətdi. Fransada irticaçı rejim qurulmağa başladı. 1796-cı ildən etibarən Direktoriyanın özünün də mövqeləri zəiflədi. Çünki, ayrı-ayrı sərkərdələrin Qanunverici məclis üzərində hakimiyyəti güclənməkdə idi. Direktoriya vaxtı ilə Fransanın siyasi həyatında mühüm rol oynamış xadimləri geri qaytarmaqla öz mövqelərini möhkəmləndirməyə çalışırdı. Bunlardan biri də Taleyran idi. 1796-cı ilin iyununda Parisə qayıdan Taleyran Direktoriyanın xarici işlər naziri postunu tutur və çox tezliklə I Napoleonla yaxınlaşmağa müvəffəq olur. Lakin Direktoriya hakimiyyətini heç kimlə bölüşdürməyə hazırlaşmadığına görə, bir sıra siyasi xadimlər, o cümlədən Napoleon Fransadan uzaqlaşdırılır və Misir ekspedisiyasına göndərilir. Məlum olduğu kimi, I koalisiya qüvvələri 1797-ci ilin əvvəllərində sıradan çıxarılmışdı. 1797-ci il oktyabrın 17-də Kompo Fominoda Fransa ilə koalisiya qüvvələri arasında sülh müqaviləsi imzalandı. Bununla da I koalisiya dağıldı. Fransa işğal etdiyi bir sıra ərazilərin (Belçika, Reynsahili) sahibinə çevrildi. I koalisiya qüvvələrindən yalnız İngiltərə Fransa ilə sülh müqaviləsi imzalamadı və II koalisiyanın yaranması uğrunda siyasi mübarizəyə başladı. II koalisiya 1798-cü ilin yazından etibarən formalaşmağa başladı. Onun tərkibinə İngiltərə, Rusiya, Avstriya, İsveç, Türkiyə və Neopolitan krallığı daxil idi. Lakin II koalisiyanın daxilində birlik yox idi və 1800-cü ilin əvvəllərində dağıldı. 1801-ci ilin fevralında Fransa ilə Avstiya arasında Lyunevill sülh müqaviləsi imzalandı ki, bununla da Napoleonun Avropada işğalları tanındı. Fransanın siyasi həyatında XVIII əsrin 90-cı illərinin sonunda baş vermiş hadisələrin əksəriyyəti Taleyranın adı ilə bağlı idi. Taleyran Direktoriyanın içərisində nifaq yaratmağa müvəffəq olmuşdu. Məhz Taleyranın fəaliyyəti nəticəsində Napoleon Fransada baş verən hadisələrdən xəbərdar olmuş, Direktoriyanın nüfuzunun zəifləməsini yeni hakimiyyətin yaradılması üçün şans kimi dəyərləndirmiş və 1799-cu ilin noyaabrında 30 minlik qüvvəni Misirdə taleyin ümidinə buraxaraq Fransaya qayıtmışdı.




Yüklə 89,1 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin