Mövzu Elmi–tədqiqat prosesinin məntiqi quruluşu



Yüklə 70,83 Kb.
səhifə3/4
tarix11.01.2022
ölçüsü70,83 Kb.
#51185
1   2   3   4
Mövzu 4 Tədqiqat işinin aparılması

Elmi problemin qoyulması

Tədqiqat işləri hər şeydən öncə praktiki problemlərin həlli ilə məşğul olur və əldə olunan nəticələr sonralar nəzəriyyənin inkişafına yönəldilir. Onlar həmçinin yeni hadisələrin dərk edilməsində yaranan çətinliklərin aradan qaldırılmasında, əvvəllər məlum olan faktların izah olunmasında və yaxud köhnə faktların kifayət qədər araşdırılmadığı hallarda yerinə yetirilir.

Elmi–tədqiqat işləri təkcə problemin qoyulması ilə bitmir, burada problem daimi diqqət mərkəzində olur. Elmi işin səviyyəsi qoyulan problemin aktuallığı ilə ölçülərək, bir çox obyektiv və subyektiv amillərdən asılıdır.

Hər bir elmi problem adi sualdan onunla fərqlənir ki, burada cavab sadəcə olaraq məlum informasiyalar əsasında tapıla bilmir.

Elmdə problem əsasən situasiyalarda mövcud nəzəriyyələrlə izah oluna bilməyən yeni faktların kəşfi ilə ortaya çıxır. Cəmiyyət texniki inqilablar ərəfəsində olduqda belə hallara daha tez–tez rast gəlinir. Məsələn, XIX əsrin sonu XX əsrin əvvəlində alimlər radioaktivlik, şüalanmanın kvant xüsusiyyətləri və bir kimyəvi elementin digərinə çevrilməsi kimi elmi yenilikləri öncə köhnə nəzəriyyələrin köməyi ilə izah etməyə çalışsalar da, sonralar bunun əhəmiyyətsiz olduğu qərarına gəlib yeni həll yolları üzərində düşünmyə vadar olurlar

Elmi problemi çox vaxt haqlı olaraq “bilməməzliyin anlanması, fərqləndirilməsi” kimi xarakterizə edirlər. Həqiqətən hər hansı bir hadisə haqqında biliklər məlum olmadıqda, biz heç bir problemin olmasını dərk etmirik. Problemlər, bizim biliklərimizdə yalnız elmin və texnikanın inkişafı

sayəsində doldurula biləcək boşluğun olmasını anlamaqla birlikdə meydana çıxır.

Beləliklə elmi problem – elmi–praktiki araşdırılması vacib olan elmi

biliyin forması olub, tərkibində insanlara məlum olmayan faktlar daşıyır.

Problemdə onun empirik və nəzəri tərəfləri birləşir. Problemin məlum

faktlar əsasında düzgün qoyuluşu onun uğurlu həlli üçün ilkin şərtdir.

A.Eynşteyn bu haqda demişdir ki, problemin formulə edilməsi çox vaxt

onun həllinin sadəcə riyazi və eksperimental metodundan da vacibdir [11].

Problemin formulə edilməsi zamanı yalnız onun elmin inkişafındakı

rolunun qiymətləndirilməsi kifayət deyil. Həmçinin, burada onun həlli üçün texniki vasitələrin olması zəruridir. Yəni, istənilən problem elm qarşısında

qoyula bilməz, əks halda o həll olunmayan problemlərə aid edilir.

Problemin qoyulmasından öncə ilkin tədqiqatların aparılmasına ehtiyac

var. İlkin araşdırmalar problemin konkretləşdirilməsinə və onun həlli

yollarının seçilməsində önəmli yer tutur. Elmi problemin belə işlənməsi bir

neçə pillədə aparılr. İlkin olaraq alınmış yeni faktlar və hadisələr məlum

nəzəriyyələr çərçivəsində izah edilir. Faktların çoxluğu yeni nəzəriyyələrin

işlənməsinə tələbat yaradır. Növbəti addımda problemin həlli yolları və

ideyaların ilkin analizi və qiymətləndirilməsi aparılır. Əslində burada

problemin həlli üçün vacib olan hipotezin heç bir həll yolu göstərilmədən

əsaslandırılması baş verir. Qoyulan problemin növü və həlli onun məqsədinin,

həmçinin digər problemlərlə əlaqəsinin aşkarlanmasına yol açaraq

konkret halda həll yolunu düzgün qiymətləndirməyə imkan yaradır.

Mövcud nəzəriyyələr və empirik məlumatlar kifayət qədər olmadıqda

problemin həllinə məhdudiyyətlər qoyulur. Məlum nəzəriyyələrin, həll yollarının və məqsədlərin düzgün qiymətləndirilməsindən sonra qoyulmuş

problemin ilkin təsvirinin dəqiqləşdirilməsi mümkün olur.




Yüklə 70,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin