Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan


Bənövşəyi çanaqlı yastıca (Parlatoria oleae Colvee)



Yüklə 265,2 Kb.
səhifə43/84
tarix03.03.2023
ölçüsü265,2 Kb.
#86539
1   ...   39   40   41   42   43   44   45   46   ...   84
entomologiya

Bənövşəyi çanaqlı yastıca (Parlatoria oleae Colvee). - Bərabərqanadlılar dəstəsi (Homoptera), çanaqlı yastıcalar (Diaspididae) fəsiləsinə mənsubdur.
Bədəni bənövşəyi rəngdədir. Çanağı ağ, yaxud bozdur. Böyüklüyü 2-2,5 mm-dir. Erkəklər bir cüt qanada malikdir. Uzunluğu 1 mm-dir. Qırmızımtıl-yaşıl rəngdədir.
Yumurtası uzunsovdur, 0,1-0,2 mm-dir. Sürfə yetkinə oxşardır, ancaq ondan kiçikdir. Alma, armud, ərik, şaftalı, gavalı, badam və s. bitkilərə zərər vurur.
Zərərverici yetkin və sürfə halında ağac qabıqları üzərində çanaq altında qışlayır. Yazda qışlamadan çıxan dişilər yumurta qoyur. Bir dişi 50-70 ədəd yumurta qoya bilir. Yumurtanın embrional inkişafı 1-2 həftədir. Sürfələr budaqlarla, zoğlarla, yarpaq və meyvələrin şirəsini sormaqla qidalanır.
Sürfə 28-30 gündə 2 dəfə qabıq dəyişib yetkin hala keçir. Hər bir nəslin inkişafı 50-60 gün davam edir. İkinci nəslin yetkin dişiləri qışlayır. İldə iki nəsil verir.
Kaliforniya çanaqlı yastıcası (Quadraaspidiotus perniciosus C.) - Bərabərqanadlılar dəstəsi (Homoptera), qalxanlı yastıcalar (Diaspididae) fəsiləsinə aiddir.
Yetkin fərd limonu rəngdədir, uzunluğu 1-1,5 mm-dir.
Alma, armud, gavalı, albalı, gilas, şaftalı, ərik və s. bitkiləri zədələyir.
Daxili karantin obyektidir.
Zərərvericinin birinci yaş sürfələri qalxancıq altında qışlayır. Yazda tumurcuqlar açıldıqda qışlamadan çıxan sürfələr qidalanır. Yetkin fərdlər diri sürfə doğur. Sürfələr 20-25 gün inkişaf edib 2 dəfə qabıq dəyişir və yetkin hala keçir. İldə 2-4 nəsil verir.
Yastıcalarla mübarizə tədbirləri.
1. Qurumuş budaqlar kəsilib bağdan kənara çıxarılmalıdır.
2. Yastıca daraşmış ağacların gövdə və budaqları metal şotkalarla təmizlənməlidir.
3. Mütərəqqi aqrotexniki tədbirlər həyata keçirilməlidir.
4. Qışlamış fazalara nitrofenin 3%-li emulsiyası, yaxud №30SS-in 5%-li emulsiyası çilənməlidir.
5. Vegetasiya müddətində Bİ-59 – 1,5-2,0 l/ha, Aktara 0,5-0,6 kq/ha normada çiləmə aparmaq məsləhətdir.
6. Kaliforniya çanaqlı yastıca ilə əlaqədar olaraq daxili karantin tədbirlərinə əməl olunmalıdır.

Yüklə 265,2 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin