Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan



Yüklə 265,2 Kb.
səhifə41/84
tarix03.03.2023
ölçüsü265,2 Kb.
#86539
1   ...   37   38   39   40   41   42   43   44   ...   84
entomologiya

Mübarizə tədbirləri.
1. Qışlamış yumurtaları məhv etmək üçün ağacların istirahət dövründə nitrofenin 2-3%-li məhlulu, DNOK-un 1%-li məhlulu çilənməlidir.
2. Zərərvericinin azalmasında 2 və 7 nöqtəli parabizən böcəyi və qızılgöz böyük rol oynayır.
3. Kimyəvi mübarizədə 2,5%-li desis – 0,3-0,5 l/ha, karbofos – 0,1-0,2%, Bİ-58 – 2 l/h, Lannat 1,5-2 l/ha, Karogen 150-300 ml/ha preparatlarının birinin emulsiyası ilə çiləmə aparılmalıdır.
Gavalı mənənəsi (Hyalopterus pruni Fabr). – Bərabərqanadlılar dəstəsi (Homoptera), mənənələr fəsiləsinə (Aphididae) mənsubdur.
Yetkin fərd solğun yaşıldır, üzəri ağ mum təbəqəsi ilə örtülmüşdür. Uzunluğu 2,5-3 mm-dir. Sürfə yetkindən kiçikdir, ona oxşardır.
Zərərverici köçəridir. O öz inkişafını meyvə və qamış bitkisi üzərində keçirir.
Zərərvericinin mayalanmış yumurtaları gavalı, ərik, şaftalı ağaclarının tumurcuğunun kənarında, yaxud qabıq çatlarında qışlayır. Erkən yazda (martın sonu, aprelin əvvəli) yumurtadan çıxan sürfə tumurcuqların hüceyrə şirəsini sorur. Sonradan yarpaq üzərinə keçirlər.
Bakirə yolla çoxalır. İl ərzində bir neçə nəsil verir.
Mübarizə tədbirləri.
1. Bağların yaxınlığında olan qamışlıqlar məhv edilməlidir.
2. Alma yaşıl mənənəsinə qarşı aparılan mübarizə tətbiq edilməlidir.
Qanlı mənənə (Erosoma lanigerum Hausm) - Bərabərqanadlılar dəstəsi (Homoptera), penfiqi (Penphigidae) fəsiləsinin nümayəndəsidir.
Yetkin fərd qonur, yaxud tünd-qırmızı rəngdə olub, üzəri ağ mumabənzər maddə ilə örtülüb. Uzunluğu 2-2,3 mm-dir.
Sürfəsi yetkinə oxşayır. Yumurtası ovalvari olub, qəhvəyidir, uzunluğu 0,5 mm-dir.
Mənənə əzilən zaman bədənindən Qana bənzər maye çıxır. Ona görə də ona qanlı mənənə deyilir.
İlk dəfə 1787-ci ildə ABŞ-dan İngiltərəyə, oradan da Avropaya yayılıb. Keçmiş SSRİ-yə 1862-ci ildə Fransadan əkin materialı ilə keçib.
Zərərverici yetkin halda qışlayır. Bakirə yolla çoxalır. Bir dişi fərd 20-yə qədər diri bala doğur.
Sürfə 15-20 gün ərzində 4 dəfə qabıq dəyişir, yetkin hala keçir və bakirə yolla çoxalma qabiliyyətinə mənsub olur.
Rütubətin az olması mənənəyə pis təsir edir, quraqlıq zamanı isə kütləvi surətdə qırılır. Şiddətli leysan yağışları pis təsir edir. İldə 12-15 nəsil verir.
Zərərverici qidalanan zaman bitkinin hüceyrəsinə tüpürcək buraxaraq onu durulaşdırır, bu da şirənin sürətlə axmasına səbəb olur. Nəticədə zoğda, budaqda, kökdə müxtəlif şişlər əmələ gəlir və həmin şişkinliklər çatlayır, həmin çatlardan xəstəlik törədən zərərli mikroorqanizmlər daxil olur və onu çürüdür. Beləliklə, ağac quruyub məhv olur.

Yüklə 265,2 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin