Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan



Yüklə 265,2 Kb.
səhifə44/84
tarix03.03.2023
ölçüsü265,2 Kb.
#86539
1   ...   40   41   42   43   44   45   46   47   ...   84
entomologiya

Qonur meyvə gənəsi (Bryobia redikorzevi R.) – Gənələr dəstəsi (Acarina), qonur gənələr fəsiləsinə (Bryobidae) malikdir.
Yetkin ovalvari olub, qırmızı və ya qonurdur, 4 cüt ayağı vardır. Uzunluğu 0,60 mm-dir.
Yumurtası qırmızıdır, uzunluğu 0,15 mm-dir. Sürfəsi narıncıdır, 3 cüt ayağı vardır, uzunluğu 0,16 mm-dir.
Əsasən alma ağaclarına, eləcə də armud, gavalı, ərik və s. zərər verir.
Zərərverici yumurta fazasında zoğ və budaqların qabığı üzərində qışlayır.
Tumurcuqlar açılan zaman qışlamış yumurtalardan sürfələr çıxır və yarpaqların hüceyrə şirəsi ilə qidalanır. Bir nəslin inkişafı 25-30 gündür.
İldə bir neçə nəsil verir.
Qırmızı alma gənəsi (Panonychus Koch) - Gənələr dəstəsinin (Acarina), hörümçək gənəsi fəsiləsinin (Tetranychidae) nümayəndəsidir.
Yetkini ovalvaridir, tünd qırmızı rəngdədir, uzunluğu 0,32-0,37 mm, erkəklər isə 0,27-0,30 mm-dir.
Yumurtası narıncı-qırmızıdır, uzunluğu 0,13-0,15 mm-dir.
Sürfəsi limonu rəngdədir, 3 cüt ayağı var, böyüklüyü 0,2 mm-dir.
Zərərverici yumurta fazasında zoğ və budaqlar üzərində qışlayır. Mayın ortalarında qışlamış yumurtalardan sürfələr çıxmağa başlayır. Sürfələrin inkişafı 20-25 gündə başa çatır.
Yetkin və sürfələr yarpağın alt səthində olmaqla onun hüceyrə şirəsini sorur, nəticədə yarpaq quruyur.
Bir dişi fərd 40-50 ədədə qədər yumurta qoyur.
Kütləvi şəkildə miqdarına isti aylarda - iyul və avqustda rast gəlinir.
İldə 5-6 nəsil verir.
Armud fır gənəsi (Eriophyes pyri L.) - Gənələr dəstəsinin (Acarina), fır əmələ gətirən fəsiləsinə (Eriophydae) mənsubdur.
Yetkin fərdin bədəni silindrvaridir, ağımtıl rəngdədir, 4 cüt ayağı var. Uzunluğu 0,23 mm-dir.
Zərərverici yetkin halda armud ağacının tumurcuq pulcuqları arasında qışlayır. Erkən yazda qışlamadan çıxan yetkinlər yarpaqlarla qidalanır və bir müddətdən sonra yarpağın alt səthinə yumurta qoyur. Yumurtadan çıxan sürfə və yetkin fərdlər yarpağın alt səthində qidalanır. Zədələnmiş yarpaqların üst səthində fırlar əmələ gəlir. Belə yarpaqlar inkişaf etmir və quruyur.
Necə nəsil verməsi aydınlaşdırılmayıb.

Yüklə 265,2 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin