Tüfeyli həşəratlar – kənd təsərrüfatı bitkiləri zərərvericilərinin məhv edilməsində tüfeyli həşəratların böyük rolu vardır.
Zərərvericilərə qarşı mübarizədə tüfeylilərdən istifadə edilməsi o zaman yaxşı fayda verir ki, təbiətdə tüfeylilərin həyat fəaliyyəti üçün əlverişli şərait olsun. Bunu nəzərə alıb ilk növbədə zərərvericilər əleyhinə yerli tüfeylilərdən istifadə edilməlidir.
Yerli tüfeyli həşərata misal olaraq yumurta yeyən trixoqrammanı, habrobrakon minicisini, telenomusu, apantelesi və s. göstərmək olar.
Trixoqramma olduqca kiçik həşərat olub 0,5-0,8 mm uzunluqdadır. Tüfeyli zərərverici həşəratların yumurtaları ilə qidalanır. Bu tüfeyli həşərat yumurtasını müxtəlif kəpənəklərin – pambıq sovkası, alma meyvəyeyəni, qarğıdalı gövdə kəpənəyinin, payızlıq əkin sovkası, karadrinanın, çəmən kəpənəyi və s. yumurtası içərisinə qoyur. Tüfeylinin qoyduğu yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxili möhtəviyyatını yeyib, onu məhv edir.
Telenomus tüfeylisi taxıl bitkisinin təhlükəli zərərvericisi ziyankar bağacığın yumurtasını yoluxdurur. Daxili tüfeylidir.
Afelinus tüfeylisi qanlı mənənəni yoluxdurur. Bir dişi tüfeyli 100-ə qədər yumurta qoya bilir. Qanlı mənənənin yetgin fərdlərinin daxili tüfeylisidir.
Habrobrakon minicisi – bu tüfeyli yerli tüfeyli olmaqla, pambıq sovkasının tırtıllarının tüfeylisidir. Bu tüfeyli ilə pambıq sovkasının tırtıllarının yoluxması bəzi illərdə 50%-ə qədər olur. Tüfeyli əvvəlcə tırtılı, yumurta qoyanı ilə sancıb iflic edir, sonra isə yumurtasını onun üzərinə qoyur, yumurtadan çıxan sürfə tırtılın daxilinə keçir və onun daxili orqanları ilə qidalanaraq onu məhv edir.
Dostları ilə paylaş: |