5. Bitki qalıqlarının məhv edilməsi – sahədən məhsul yığıldıqdan sonra bir sıra zərərvericilər tarlada qalan bitki qalıqları altında özlərinə sığınacaq tapırlar məsələn, hörümçək gənəsi, tripslər, mənənələr və s. bunlar bitki qalıqları altında qışlayırlar. Bitki qalıqları sahədən çıxarıldıqda göstərilən zərərvericilərin miqdarı azalır.
II. Bioloji mübarizə üsulu
Bioloji mübarizə canlılar arasında gedən mübarizəyə əsaslanır, daha doğrusu, bu mübarizədə bir canlının digər canlıya qarşı tətbiqi nəzərdə tutulur.
Bioloji mübarizə üsulu digər mübarizə üsulu ilə müqayisə edilərsə, onun üstün cəhətləri vardır. Belə ki, bu mübarizənin tətbiqi ucuz başa çatır, insan, heyvanlar və bitkilər üçün zərərsizdir, atmosferi çirkləndirmir. Bioloji mübarizədə əksər hallarda zərərverici hələ bitkini zədələnməsindən əvvəl onu məhv edir.
Bioloji mübarizədə tüfeyli və yırtıcı həşəratdan, həşəratla qidalanan yırtıcı quşlardan və ev toyuqlarından istifadə edilir.
Dostları ilə paylaş: |