I. Aqrotexniki mübarizə üsulu
Kənd təsərrüfatı bitkiləri zərərvericilərinə qarşı mübarizədə istifadə edilən mübarizə üsulları içərisində əsas yeri aqrotexniki mübarizə üsulu tutur.
Zərərvericilərin miqdarının azalmasında aşağıdakı aqrotexnpiki tədbirlər tətbiq edilir:
1. Növbəli əkin – sisteminin tətbiqi nəticəsində zərərvericilərin miqdarı azalır. Məlumdur ki, bir sıra zərərvericilər bir bitki fəsiləsinə mənsub olan (monofaq) və yaxud bir neçə qohum bitki ilə (oliqofaq) qidalanır.
Müəyyən bir tarlada bir neçə il daldbadal eyni bir bitki əkilərsə, o zaman həmin bitki ilə qidalanan zərərvericilərin miqdarı kütləvi surətdə çoxalır və bitkiyə böyük zərər vurur.
Düzgün növbəli əkin sisteminin tətbiqi nəticəsində zərərvericinin çoxu xüsusilə monofaq və oliqofaq zərərvericilər məhv olur. Məlumdur ki, yonca yarpaq uzunburun böcəyi bir neçə il ərzində çoxalır və onun sürfəsi monofaq olduğundan, yəni yalnız yonca bitkisi ilə qidalandığından o, bitki üzəroində yaşayır. Odur ki, bir tarlada yonca uzun müddət saxlandıqda zərərvericinin sürfələri artıb çoxalır və kəskin surətdə zərər vurur. Ona görə də 5-6 illik yonca əkinində 1-2 illiklərə nisbətən sürfənin miqdarı artır və bitki çox zədələnir.
Dostları ilə paylaş: |