2. Torpağın becərilməsi – Torpağın dərin şum edilməsi nəticəsində bitkilərin inkişafı üçün bütün prosesləri yaratmaqla, torpaqda olan pambıq sovkasının puplarına, məftil qurdlarına, danadişiyə, lövhəbığ böcəklərin sürfələrinə və s. zrərvericilərə yaşayış üçün əlverişli olmayan şərait yaradır və onlara müəyyən qədər öldürücü təsir edir.
Torpağın becərilməsi zərərvericilərə aşağıdakı istiqamətdə təsir edir:
- Zərərvericilərin qida mənbəsini ləğv etməklə bitkilərin alaqlardan təmizlənməst, bitki qalıqlarının məhv edilməsi;
- Zərərvericiyə bilavasitə mexaniki təsir göstərir. Belə ki, becərmə alətləri ilə zərərverici mexaniki surətdə əzilir və ya zədələnir. Bundan başqa zərərvericinin torpaq səthinə çıxan yolu pozulur və torpağın dərin qatına düşərək oradan çıxa bilmir.
Bundan başqa cərgəaraları becərildikdə də yuxarıda göstərilən proseslər təkrar olur, zərərvericilərin inkişafı pozulur və onlar normal yaşaya bilmirlər.
Dostları ilə paylaş: |