Mübarizə tədbirləri.
1. Aqrotexniki tədbirlər həyata keçirilməlidir.
2. Ev quşlarından istifadə edilməlidir.
3. Qışlamadan çıxan böcəklərə qarşı 85%-li sevinins suspenziyası, vegetasiya dövründə 5%-li karate – 0,4 l/ha, 2,5%-li desis – 0,4 l/ha preparatlarının emulsiyası ilə çiləmə aparmaq olar.
Çuğundur birəcikləri. Bunlar böcəklər dəstəsi (Coleoptera), yarpaqyeyənlər (Chrysomelidae) fəsiləsinə mənsubdurlar.
Çuğundur bitkisi üzərində bir neçə növ birəciyə təsadüf edilir. Bunlardan qarabaşaq birəsi və çuğundur birəciyi daha çox zərər verir.
Birəciklər kiçik 1,5-2,5 mm böyüklükdə böcəkdir. Bədəni tutqun rəngdə, metal parlaqlığına malikdir. Dal ayaqları atlandırıcı tipdədir.
Birəciklər yetkin halda torpağın üst qatında və bitki qalıqları altında qışlayır. Yazda böcəklər qışlama yerlərindən çıxır, ilk dəfə alaq otları ilə qidalanır, sahədə çuğundur cücərtiləri əmələ gəldikdə onların üzərinə keçir. Cücərtilərlə qidalanan böcəklər yarpaqda kiçik çökəkciklər əmələ gətirir. Şiddətli surətdə zədələnən cücərtilər məhv olur.
Böcəklər bir müddət qidalandıqdan sonra cütləşmə prosesi gedir və dişi böcəklər bitki kökləri yaxınlığına yumurta qoyur, özləri isə yaşamırlar. Qoyulmuş yumurtalardan sürfələr çıxır və bitkinin kökü ilə qidalanır. İnkişafını başa çatdırmış sürfələr torpaqda pup halına keçirlər.
Yayın ortalarında puplardan yeni nəslin böcəkləri çıxır və bitkinin üzərinə daraşır. Bu dövrdə bitkilər xeyli inkişaf etdiyindən bir o qədər də zərər vura bilmirlər.
Payızda havaların soyuması ilə əlaqədar olaraq böcəklər qışlama yerlərinə gedirlər.
Dostları ilə paylaş: |