Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ



Yüklə 0,95 Mb.
səhifə45/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   41   42   43   44   45   46   47   48   ...   148
Mövzu 6

2. İqtisadi ziyanın təsnifatı




Ətraf mühit ehtiyatlarından istifadə vaxtı iqtisadi ziyanlar müxtəlif formada və ölçüdə (həcmdə) olur. Bu ziyanın təsnifatını aŞağıdakı kimi göstərmək olar:

  • ətraf mühitə çirklənmədən dəyən ziyan – buraya faktiki və mümkün olan itkiləri aid etmək olar. Bu itkilər ekoloji, sosial və iqtisadi itkilərdən ibarətdir.

  • atmosferin (havanın) çirklənməsindən dəyən ziyan;

  • torpağın çirklənməsindən dəyən ziyan;

  • su hövzəsinin çirklənməsindən dəyən ziyan.

Normalaşdırma və standartlaşdırma insan cəmiyyəti fəaliyyətinin

nizamlanmasında mühüm vasitədir. İnsanlar və ətraf mühit arasında qarşılıqlı əlaqənin qaydaya salınmasında ənənəvi normalardan istifadə edilir. Müasir anlayışa əsasən ekoloji normalaşdırma (EN) elmi, hüquqi, inzibati və digər fəaliyyət sistemi olub, ətraf mühitə edilən təsirin yolverilən normalarının müəyyən edilməsinə yönəldilmişdir. Ekoloji normalaşdırmanın səmərəliliyi aşağıdakı kimi təmin olunur:



  • normativlərin müasir elm və texnikanın səviyyəsinə ,beynəlxalq standartlara uyğun olması ilə;

  • obyektivliyi ilə və qanunla tənzimlənməsinə görə, belə ki, normativlərin hazırlanması və təsdiq olunması dövlətin xüsusi orqanlarının tapşırığı ilə yerinə yetirilir;

  • ekoloji normativlərin yerinə yetirilməsi bütün təsərrüfat başçıları və sahibkarlar üçün məcburi olub, təşkilatlar və vətəndaşlar ona tabe olmağa məsuliyyət daşıyır.

Ekoloji normalaşdırmanın əsasında aşağıdakı prinsiplər durur:

  • məqsəd, cəmiyyətin uzun müddətli marağın- xüsusi maraqdan, qlobal və regional nəticələrin lokal nəticələrə nisbətən prioritet olması;

  • qabaqlama normativlərinin hazırlanması, tədqiqatları, planlaşdırılma, təsirdən əvvəl aparılmalıdır;

  • hüdudluq - təsirin təhlükəli qiymətinin müəyyən edilməsi, təhlükə həddini aşmaması üçün ekoloji təhlükəsizlik nizamlanır.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin