Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Təbii mühitə dəyən ziyanın istiqamətləri



Yüklə 0,95 Mb.
səhifə43/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   39   40   41   42   43   44   45   46   ...   148
Mövzu 6

Təbii mühitə dəyən ziyanın istiqamətləri:

Təbii mühitə aşağıdakı istiqamətlərdə ziyan dəyir:



  1. Təbii ehtiyatları hasil edərkən dəyən ziyan, itkilərə yol verilməsi. Mineral xammal hasilatında–neft, qaz, filiz və s. meşə materialları emalında, sudan, meliorasiyada torpaqdan istifadə;

  2. Torpağın, suyun, ətraf mühitin çirkləndirilməsi, eroziya, havaya zərərli maddələr buraxılması, külək, dolu, sel, iqlim dəyişməsi və s.;

  3. Bitki və heyvanların xəstəlikləri və həm də xəstəlik və zərərvericilərlə mübarizə vaxtı dəyən ziyan (dərman preparatları, bioloji mübarizə vaxtı kimyəvi, maddə və gübrələrdən istifadə zamanı ziyan);

  4. Okean, dəniz, çaylar, meşələrdən səmərəsiz istifadə nəticəsində dəyən ziyan (zərərli maddələr) axıdılması;

  5. Atom və nüvə silahlarından istifadə vaxtı dəyən ziyan;

  6. Əhalinin ehtiyatlardan düzgün istifadə etməməsi və bunun nəticəsində dəyən ziyan.

Təbii ehtiyatların bəzi komponentləri (iqlim, bitki örtüyü, torpaq və s.) insan əməyi və ilk növbədə xərc tələb etmir. Onlar təbii şəraiti formalaşdırırlar və cəmiyyətin həyat mühitinin formalaşdırılmasında iştirak etdikləri üçün çox qiymətlidirlər. Müvafiq texnologiya, əmək vasitəsi ilə əldə edilən təbii ehtiyatlar da təbii halda təbii eko-sistemləri tamamlayırlar. Təbii ehtiyatlar insanların həyat fəaliyyətində həddindən artıq vacib rol oynayırlar. Odur ki, onların vəziyyətindəki hər-hansı mənfi dəyişmələr hazırkı və gələcək nəsillərin mənafeyinin ziddinə yönəlmiş olur.

Təbii ehtiyatlar iqtisadi ehtiyatların kapital və əməklə bərabər tərkib hissəsini təşkil edirlər. Çox vaxtlar təbii ehtiyatları təbii kapital (aktiv) adlandırırlar. Çünki, o təsərrüfat dövriyyəsinə cəlb olunandan sonra əsas həlledici amilə çevrilir.

Antropogen (texnogen) və tibbi (vulkan, tayfun, qasırğa və s.) amillər sayəsində ətraf mühitin çirklənməsi baş verir, yəni təbii tarazlıq pozulur və bu ətraf mühitin keyfiyyətinə mənfi təsir göstərir. Daha doğrusu, ətraf mühitin bərk, maye, qaz maddələrlə, mikroorqanizmlərlə və enerji ilə (şüalanma, səs-küy) çirklənməsi baş verir, bu isə insanların sağlamlığına, floraya, faunaya, ekosistemlərə və bütövlükdə biosferə mənfi təsir göstərir. Təbiətdən istifadə iqtisadiyyatının öyrənilmə prosesində aşağıdakı kateqoriyaların (anlayışların) mənasının açılmasına ehtiyac yaranır: ―iqtisadi ziyan‖, ―zahiri effektlər‖, ―ictimai rifah‖ və s.

Ekoloji ziyan dedikdə bütövlükdə ekosistemə və ya onun ayrı-ayrılıqda hissələrinə dəyən ziyan başa düşülür. Ekoloji ziyan həm natural ölçüdə həm də dəyərlə ifadə oluna bilər.

Ekoloji ziyanın natural rəqəmlərlə ölçülməsinə ətraf mühitin çirklənməsi, təbii ehtiyatların tükənməsi, məhv olması, təbii obyektlərin, aqroekosistemlərin zədələnməsi, ekoloji əlaqələrin dağılması, təbii mühitdə və aqroekosistemdə ekoloji balansın pozulması aiddir.

Ekoloji ziyanın dəyər formasında ifadəsi dedikdə aqroekosistemin pozulmuş vəziyyətinin bərpasına çəkilən xərclər, zədələnmiş və ya istifadə olunmuş təbii elementlərin dəyəri, və yaxud itirilmiş mənfəəti, istifadə olunan aqroekosistem hisssəciklərinin istifadədən çıxması nəticəsində əldə olunmamış gəlirlər və s. başa düşülür.



Ekoloji ziyanın qiymətləndirməsinin əsas metodoloji yanaşmaları aşağıdakılardır:

  1. ehtimal üzrə yanaşma;

  2. hissələr (hissələr üzrə) yanaşma;

  3. kompleks yanaşma;

  4. resurs (təbii ehtiyat) üzrə yanaşma

Ətraf mühitin qorunmasının, onun müxtəlif qarışıqlarla çirklənməsinin qarşısının alınması və ziyanların qiymətləndirilməsi üçün düzgün məlumat sisteminin yaradılması böyük əhəmiyyət kəsb edir. Bu məlumatlar vasitəsilə hansı

regionda kimlər tərəfindən ətraf mühitə dəyən zərərin qarşısı daha tez alınır, onun genişlənərək böyük əraziləri tutmasına imkan verilmir. Təbiətdən istifadə edilməsinin və ətraf mühitin mühafizəsinin idarə olunması bəşər cəmiyyəti qarşısında duran başlıca vəzifədir. Lakin, bu məsələnin qoyuluşu, həlli kompleks qiymətləndirilmədikdə heç bir nəticə vermir. Hətta daha kəskin ekoloji hadisələrin törəməsinə səbəb olur. ―İnsan – cəmiyyət – istehsal – təbiət‖ kimi mürəkkəb sxem üzrə təsərrüfat, rayon, respublika və dünya miqyasında həll olunmalıdır. Buradan belə bir nəticəyə gəlmək olar ki, müasir təsərrüfatçılıq şəraitində təbii ehtiyatlardan istifadə etdikdə, prosesə iqtisadi səmərəlilik baxımından qiymət verməklə yanaşı, onun ekoloji cəhətdən mühafizəsi də nəzərə alınmalıdır. Son bir neçə onilliklər ərzində Azərbaycan dövləti təbiətin qorunması haqqında bir sıra qanun və qərarlar qəbul etmişdir. Bu qanun və qərarlarda iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, əhalinin getdikcə artan maddi, mədəni və estetik tələblərinin təmin olunması, təbii sərvətlərdən (torpaq, faydalı qazıntılar, su, bitki və heyvanlar aləmindən, abidələrdən) planlı surətdə istifadə olunması, ehtiyatların xüsusi qayğı ilə qorunması vacibliyi göstərilmiş və tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 1980-ci ildə ―Respublikada təbiətin mühafizə olunmasına və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinə nəzarəti gücləndirmək haqqında‖ qərar qəbul edilmişdir. Həmin qərarda Respublikada təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə nəzarəti gücləndirmək, təbii mühitin vəziyyətini yaxşılaşdırmaq, tullantıların təbii mühitə və əhalinin sağlamlığına zərərli təsirini aradan qaldırmaq, təbiəti mühafizə sahəsində olan tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün təşkilati-texniki tədbirlər hazırlayıb həyata keçirmək nəzərdə tutulmuşdur. Sənaye müəssisələri və qurğuları, digər kənd təsərrüfatı obyektləri tikintisi və yenidən qurulması layihələrində ekoloji tələblərə əməl edilməsi məsələlərinə də xüsusi diqqət yetirilmişdir. Bununla yanaşı Respublika hökuməti tərəfindən müxtəlif illərdə ―Təbiəti mühafizə‖ (27.10.1960), ―Xəzər dənizi-nin çirklənmədən qorunması üzrə əlavə tədbirlər haqqında‖ (16.10.1977), ―Azərbaycanda təbiətin mühafizəsini gücləndirmək və təbii ehtiyatlardan istifadə edilməsini yaxşılaşdırmaq sahəsində əlavə tədbirlər haqqında‖ (1978), ―Ölkədə vahid, ixtisaslaşdırılmış aqrokimyəvi xidmətin yaxşılaşdırılması haqqında‖ (1979), ―Atmosfer havasının mühafizəsi haqqında‖ (1989), ―Heyvanlar aləminin mühafizəsi və ondan istifadə haqqında‖ (1980), ―Qırmızı kitab haqqında‖ (1983) qərarlar qəbul olunmuşdur. Bu qanun və qərarlar müəyyən dərəcədə ətraf mühitin qorunması, onun zərərli tullantılarla çirklənməsinin qarşısının alınmasına xidmət etmişdir. Son 30-35 il ərzində elmitexniki tərəqqinin inkişafı, onun istehsalata tətbiqinin güclənməsi, yeni sənaye müəssisələrinin yaradılması ətraf mühitin zərərli qarışıqlarla çirklənməsinə səbəb olmuşdur. Kosmosun fəthi, yeni silah növlərinin sınaqdan keçirilməsi atmosferi, torpağı, suyu çirkləndirilmiş, müxtəlif xəstəliklərin əmələ gəlməsinə şərait yaratmışdır. Havada qazların, bərk və maye halında müxtəlif maddələrin, həmçinin radioaktiv elementlərin canlı orqanizmlərin həyat Şəraitinə mənfi təsir edə biləcək miqdarda olmasına atmosfer çirklənməsi deyilir. Atmosferin çirklənməsi əsasən insanların təsərrüfat fəaliyyəti ilə əlaqədardır. Ona görə də hər bir çirklənmənin qiymətləndirilməsi həyata keçirilir. Bu çirklənmələr nəticəsində müxtəlif istiqamətlərdə ziyanlar dəyir. Bu çirklənmələr nəticəsində ekoloji ziyanlar aŞağıdakı kimi təsnifləŞdirilir:
1   ...   39   40   41   42   43   44   45   46   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin