Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Hesablamaya yatan ziyanlar iqtisadi və sosial – iqtisadi ziyanlardır



Yüklə 0,95 Mb.
səhifə47/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   43   44   45   46   47   48   49   50   ...   148
Mövzu 6

Hesablamaya yatan ziyanlar iqtisadi və sosial – iqtisadi ziyanlardır.

Birinci qrupa aiddirlər:

  • alınmamış məhsul;

  • bina və qurğuların xidmət müddətinin qısalması (azalması);

  • tullantıların xammal kimi istifadəyə yararlı olması;

  • çirklənmənin nəticələrinin ləğvinə sərf olan xərclər;

  • bərpaya lazım olan xərclər;

  • çirklənmə nəticəsində xəstəliyə görə əmək məhsuldarlığının azalması və s.

Sosial-iqtisadi ziyan aŞağıdakı struktura malikdir:

  • xəstəliklərin artımı ilə əlaqədar səhiyyəyə və ictimai təminata çəkilən xərclər;

  • rekreasiya (istirahət) ehtiyatlarının saxlanması üçün xərclər;

  • ekoloji səbəblərə görə əhalinin miqrasiyası (köçməsi, yerdəyişməsi) xərcləri; - istirahət üçün əlavə xərclər.

Dolayı ziyanların (ekoloji və sosial) miqdarı (kəmiyyətcə) qiymətləndirməyə yatmırlar, onları Şərti hesablanan ziyanlar adlandırırlar.

Sosial ziyanlar aŞağıdakılardır:

  • landşaftın korlanması sayəsində estetik ziyan;

  • ölüm hallarının çoxalması ilə yaranan patoloji ziyanlar; - psixoloji ziyanlar.

Ekoloji ziyanlar unikal ekosistemlərin dağılması, növlərin məhv olması, yoxa çıxması, genetik itkilər və s. ilə əlaqədardır.

Atmosferin (havanın) çirklənməsindən dəyən iqtisadi ziyan aşağıdakı xərclərin cəmindən əmələ gəlir: xəstələnmələrin artması nəticəsindəki xərclər, əsas fondların təmirinin sayının artması, onların xidmət müddətinin azalması, kənd təsərrüfatı torpaqlarının məhsuldarlığının azalması, meşələrin məhsullarının azalması və s. Bu yanaşma çoxlu miqdarda ilkin informasiya tələb edir və iqtisadi ziyanı daha dəqiq təyin edir. Təcrübədə, adətən iqtisadi ziyanın yuvarlaqlaşdırılmış qiymətləndirilməsi üsulundan istifadə edirlər. Bu təxmini qiymətləndirmə olsa da,

daha ümumi məsələləri həll etmək üçün əsas ola bilər.

Atmosferə dəymiş ziyanı təyin etmək üçün aşağıdakı düsturdan istifadə edilir:

YA = γ • σ • φ • M

Burada, γ – çirklənmənin hər şərti tonuna görə ödəmədir (xüsusi ziyandır), man. Şərti ton, manatla ifadə olunur. Bu qiymətdə inflyasiya nəzərə alınır.

Hesablamada baza göstəricisi aşağıdakı kimi ifadə edilir. Məsələn, 1 ton SO2=1 şərti ton.

σ – ölçüsüz kəmiyyət, ərazinin növündən asılı olaraq, atmosferin çirklənməsinin nisbi təhlükəsini səciyyələndirir.

φ – ölçüsüz kəmiyyət, qarışıqların atmosferdə səpələnməsinin xarakterindən

asılıdır. Əgər qaz təmizləyən avadanlıq yoxdursa, yaxud təmizləmə dərəcəsi 70%dən azdırsa, onda φ=3, təmizləmə 70-90 % olarsa, φ=2,5, 90 %-dən çox olarsa, φ=2 götürülür. Qaz xassəli çirklənmə və aerozollar üçün φ=1 götürülür.



M – çirkləndirici maddələrin gətirilmiş kütləsi (şərti ton/il), aşağıdakı düstur

ilə təyin edilir:



n

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin