Potensial ziyan – elə iqtisadi ziyandır ki, ləğvinə indiki zamanda əlavə xərc tələb olunmur. Hesablama ziyanı – ziyanın elə hissəsidir ki, müəyyən dövrdə üzə çıxır və iqtisad elminin indiki səviyyəsinə uyğun olaraq pul formasında ifadə edilməsi mümkündür. Həmin sahəyə dair məlumatımız artdıqca hesablama ziyanı potensial ziyana çevriləcək, potensial isə - artıq dəymiş ziyan kimi özünü göstərəcəkdir. Qiymətləndirməyə görə potensial iqtisadi ziyan 70-80 %, hesablama ziyanı isə faktiki ziyanın 60-65 %-ni təşkil edir.
Ümumi ekoloji -iqtisadi ziyan üç tərkib hissədən ibarətdir:
İnsan həyatına və sağlamlığına dəyən ziyan - ətraf mühitin çirklənməsi şəraitində əhalinin ölüm səviyyəsi və xəstəlik dərəcəsi, əmək fəaliyyəti müddətinin qısalması və əmək məhsuldarlığının aşağı düşməsi ilə şərtlənir;
Ekoloji sistemə bütövlükdə və ayrı-ayrılıqda təbii ehtiyatlara dəyən ziyan – hətta istehsalın əsas amilləri qismində istifadə olunan təbii ehtiyatlar (kənd təsərrüfatı, meşə təsərüffatı, balıqçılıq və s);
Maddi ziyan –ətraf mühitin çirklənməsi nəticəsində istehsal sahəsindəki və ya ev təsərrüfatındakı maddi obyektlərə dəyən ziyan.
Ekoloji – iqtisadi ziyanın əsas aləti onun funksiyalarıdır. Bu funksiyalar iki halda olur. Birinci halda ətraf mühitin çirklənməsinin həcmi ilə bu çirklənmənin vurduğu ziyan arasındakı nisbəti xarakterizə edir. İkinci halda isə ətraf mühitin çirklənmə səviyyəsi ilə ziyanın çoxluğu arasındakı nisbətdə baxılır. Adətən qrafiki
şərh üçün həddi ziyan funksiyasından istifadə olunur.