Çirklənməyə aid olmayan amillərin ləğv edilməsi üsulu nəzarət rayonunun
(şərti olaraq) seçilməsinə və onun xarakteristikasına əsaslanır. Belə ki, digər amillər (çirkləndirici amillərdən başqa), nəzarət və çirklənmiş rayonların qəbul etmə səviyyəsinə təsiri təqribi olaraq götürülür. Çirklənmiş və nəzarət rayonlarda qəbul etmə göstəricilərinin səviyyə fərqi bu rayonlar üzrə çirklənmə səviyyələrinin fərqi kimi izah olunur.
Təcrübənin nəticəsindən asılı olaraq empirik üsul öyrənilən resipiyentin (zərər çəkənin) göstəricilərinə təsir edən müxtəlif mühüm amillərin (ətraf mühitin çirklənmə səviyyəsi daxil olmaqla) həqiqi qiymətlərinin statistik təhlil olunmasına əsaslanır. Bu üsuldan istifadə olunması bəzi amillər nəzərə alınmaqla zərər çəkənin vəziyyəti ilə çirklənmə səviyyəsi arasında empirik asılılığın alınmasına imkan verir.
Dostları ilə paylaş: |