Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ



Yüklə 0,95 Mb.
səhifə63/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   59   60   61   62   63   64   65   66   ...   148
Mövzu 6

Yeraltı sular. Yeraltı suların texnogen çirklənməsi miqyasını təyin etmək üçün V.M.Qoldberq təbii halda yeraltı suyun keyfiyyəti (Ct), içməli su kimi istifadə edilən yeraltı suda çirkləndirici maddələrin yol verilən konsentrasiyasından (YVK)-dan istifadə olunmasını təklif etmişdir. Yeraltı suların çirklənmə miqyasının səciyyələndirilməsində çirklənmə sahəsinin (F) ölçüsü də mühüm əhəmiyyət daşıyır. Beləliklə, yeraltı suların çirklənmə vəziyyəti iki göstərici ilə - yeraltı suların keyfiyyəti (C) və çirklənmənin sahəsi (F) ilə ifadə olunur. Bunun əsasında yeraltı suların vəziyyətində dörd səviyyə (sinif) ayrılır:

  1. Nisbətən əlverişli (norma). Yeraltı suyun keyfiyyəti, əsasən, Ct ilə müqayisə oluna bilər və ya onu bir qədər keçə bilər, lakin YVK-nın çərçivəsindən çıxa bilməz, yəni Ct2);

  2. Daima neqativ dəyişkənlik meyli müşahidə olunur (risk sinfi). Yeraltı suyun keyfiyyəti fasiləsiz pisləşir. O, YVK-a çatır və ya onu keçir, lakin bəzi sahələrdə YVK 3...5-dən artıq olmur (F=0,5....5 km2);

  3. Böhranlı vəziyyət (böhran). Yeraltı suyun keyfiyyəti geniş sahədə YVK-nı keçir (10 dəfəyə qədər), yəni YVK2 arasında dəyişir;

  4. Fəlakətli vəziyyət (fəlakət). Yeraltı suların keyfiyyəti çirklənmə zonasında 10YVK-dan artıqdır və pisləşməyə doğru meyl göstərir.

Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti haqqında yazmışdır: ―Susuz təbiət də, həyat da ola bilməz. Su da çörək kimi hamıya, hər şeyə həmişə lazımdır‖. Hidrosferin tərkibinə həmçinin atmosferdəki su, torpaq suyu və canlı orqanizmlərdə olan sular daxildir. Təbiətdə su 3 faza vəziyyətində mövcuddur: maye, bərk (buz, qar), qaz - yəni buxar. Şirin sular Yer üzərində olduqca qeyribərabər paylanmışdır. Belə ki, dünyanın 70% əhalisi yaşayan Avropa və Asiyada dünya çay sularının yalnız 39%-i cəmləşir. Təbii çay suları mürəkkəb maye olub adətən tərkibində çoxlu kimyəvi maddələr olur. Cənubi Qafqaz ölkələri arasında Azərbaycan Respublikasının su ehtiyatları az olub həmin regionun 15%-ni təşkil edir. Respublikamızın su ehtiyatları Gürcüstandan 7,7-8,3 dəfə, Ermənistandan isə 3 dəfə azdır. Son yarım əsrə qədər müddətdə aparılan tədqiqatlar göstərdi ki, Kür, Araz çayları və onların əsas qolları Respublikamızdan kənarda-Gürcüstan və Ermənistan ərazilərində çirklənir. Belə ki, Ermənistanın 100%, Gürcüstan 30% ərazisi, Türkiyənin 31 min, İranın 40 min və Azərbaycanın 37 min kv.km sahəsi Kür-Araz hövzəsinə aiddir. Yəni Kür çayına 188 min. kv. km, Araza isə 103 min kv.km ərazidən sənaye, kənd təsərrüfatı və məişət çirkabı, müxtəlif tullantılar atılır. Son zamanlar Kür-Araz hövzələri ilə əlaqədar olmayan və birbaşa Xəzər dənizinə tökülən çaylarda da (Böyük Qafqazın şimal-şərq hissəsi və Lənkəran bölgəsindəki çaylarda) çirklənmə müşahidə olunur. Quba-Xaçmaz bölgəsində yerləşən Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Ataçay, Gilgilçay. Lənkəran bölgəsində yerləşən Lənkəran çay, Viləşçay və b. Çaylar yaşayış məntəqələri və sənaye müəssisələri tərəfindən aramsız çirklənməyə məruz qalır.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin