ƏTRAF MÜHİTDƏN İSTİFADƏDƏ MALİYYƏ XƏRCLƏRİNİN İSTİQAMƏTİ VƏ TƏYİNATI
Ətfaf mühitin mühafizəsinin iqtisadi qiymətləndirilməsi
Təbiəti mühafizə tədbirlərinə sərf olunan xərcələr və onların ümumi həcmi.
Ətraf mühitin mühafizəsi tədbirlərinə sərf olunan xərclərin qrupları
Kapital qoyuluŞunun istiqamətləri və təyinatları
Kapital qoyuluŞunun elementləri
1. Ətfaf mühitin mühafizəsinin iqtisadi qiymətləndirilməsi
Ətraf mühitin mühafizəsinin iqtisadi mexanizmi bir neçə tərkib hissədən ibarətdir. Birincisi onu qeyd etməliyik ki, təbii ehtiyatların istifadəsi ödənişlidir yəni torpağın, faydalı qazıntılarıın, meşə fondunun və digər təbii resurslardan istifadə zamanı qanuni çərçivədə istifadə formasından asılı olaraq vergi, icarə və digər şəkildə haqq alınır. Ikincisi, ətraf mühitə və ayrı – ayrılıqda təbi resursa vurulan ziyana görə ödəniş təyin olunur. Üçüncüsü, ətraf mühitin mühafizəsi və təbiətdən istifadədə qanun pozuntusuna yol verilən zaman inzibati məsuliyyətə cəlb olunurlar yəni cərimə və sanksiya tətbiq olunur. Dördüncüsü isə, ətraf mühiti mühafizə və təbiətdən istifadə zamanı mənfi təsirin əvəzində vergi olmayan
ödənişlər də alınır.
Ətraf mühitin mühafizəsi sahəsində iqtisadi tənzimlənmənin bir neçə üsulu mövcuddur:
ekoloji proqnozların əsasında dövlətin sosial – iqtisadi proqnozlarının hazırlanması;
ətraf mühitin mühafizəsi sahəsində ekoloji inkişaf proqramlarının işlənməsi;
ətraf mühitə vurulan ziyanın qarşısını almaq üçün müxtəlif tədbrlərin keçirilməsini təşkil etmək;
ətraf mühitə mənfi təsirə görə ödənişin təyin olunması;
çirkləndirici maddə və mikroorqanizmlərə görə limitin təyin olunması;
ətraf mühitin mühafizəsinə yönəldilmiş sahibkarlıq, innovasiya və digər tədbirlərin dəstəklənməsi;
ətraf mühitin mühafizəsinin səmərəli həyata keçirilməsi və mükəmməlləşdirilməsi üçün iqtisadi tənzimlənmənin digər üsulları və s.
Energetika sənayesinin hədsiz inkişafı bərpa olunmayan təbii ehtiyatların istehlakı və bərpa olunan ehtiyatların intensiv istifadəni (hava, su) gücləndirmiş, ətraf mühitə külli miqdarda istiliyin, transformasiyaya uğramış maddələrin, aerozol hissəciklərinin, bir sözlə insan orqanizminə və ətraf mühitə təhlükəli təsir göstərən maddələrin daxil olması ilə nəticələnir.
Müasir elmi-texniki məlumatların ümumiləşdirilməsi göstərir ki, ətraf mühitin çirkləndirilməsinin əsas mənbəyi ―klassik‖ energetika (45%) və kənd təsərrüfatıdır (40%);qalan çirklənmə isə sənaye və kommunal məiŞət tullantılarıdır (15%). Tullantı növlərindən isə tüstü mənŞəli qazlar (50%) təşkil edir. Bununla yanaşı, müasir elmi-texniki tərəqqinin nailiyyətləri vasitəsilə bu zərərli təsirlərin aradan qaldırılması imkanları genişlənir. İnsanla təbiətin qarşılıqlı münasibətləri nəticəsində əmək məhsuldarlığı artaraq, insanların tələbatının ödənilməsi və istehsalda istifadə olunan təbii xammala qənaət olunması imkanı yaranır. Məsələn, emal sənayesi məhsulun 1% artımına ilkin xammalın 0,45% artımı müvafiq gəlir. Daha doğrusu elmi-texniki amil ilkin xammalın fiziki həcmini 10% qənaətinə imkan verir. Gələcəkdə tətbiq edilən yeni texnologiya üsulları bu qənaəti daha da artıracaqdır.
Ətraf mühitin çirklənməsinin digər cəhəti də bundan ibarətdir ki, hər hansı bir təsərrüfat sahəsinin mühiti çirkləndirilməsi dərhal başqa sahələrə öz mənfi təsirini göstərir. Məsələn, hər hansı sənaye müəssisələrinin suyu, torpağı və ya havanı çirkləndirməsi, bu təbii vəsaitlərdən istifadə edən təsərrüfat sahələrinə ziyan vurur, insanların sağlamlığına təsir edir. Nəticədə ölkəyə ümumi sosialiqtisadi zərər dəyir ki, çox zaman belə zərəri ölçü vahidləri ilə ifadə etmək çətin olur.
Dünya sənaye və kənd təsərrüfatı istehsalının miqyası və xüsusiyyətlərində
baş verən böyük dəyişikliklər, ətraf mühitin qorunub saxlanmasında bilavasitə əhəmiyyəti olan texnika və texnologiyadakı dəyişikliklərdə öz əksini yaxşı tapmamışdır.
Nəticədə bütün dünyada təbiətdən istifadənin bir sıra yeni problemləri ortaya çıxmış və ənənəvi köhnə problemlər kəskinləşmişdir. Gözlənildiyinə görə mineral ehtiyatlarından istifadənin dünya üzrə inkişafının müasir sürəti şəraitində onun fiziki həcminin ikiqat artması hər 30 ildən bir təkrarlanacaqdır. Yanacaqdan istifadənin ikiqat artması isə daha qısa müddəti əhatə etməlidir. İstehsalın və emalın belə surətli artması ətraf mühitin çirklənməsinə və ekoloji münaqişənin güclənməsinə gətirib çıxara bilər.
Qara və əlvan metallurgiya müəssisələrində, İES-lərdə hər il yüz milyon
tonlarla şlak və tül tullantıları yığılıb geniş sahələrdə məhsuldar torpaqların üstünü örtür, ətraf mühiti korlayır. ETT-nin nailiyyətlərini, qabaqcıl müəssisələrin təcrübəsini tətbiq etməklə həmin tullantıları istifadəyə cəlb etmək olar. Sənaye tullantılarından tikinti materialları kimi istifadə edilməsinə xeyli təcrübə əldə edilmişdir. İndi sənaye tullantılarından müxtəlif markalı sement, beton, gübrə, metal, şüşə, rənglər, rezin, süni parçalar və s. istehsal edilir. İstehsal tullantılarından səmərəli istifadə edən müəssisələr hər il çoxlu əlavə gəlir əldə edilir.
Tarla qoruyucu meşə zolaqlarının genişləndirilməsi, nadir heyvan və bitki növlərinin mühafizəsi sayəsində də xeyli əməli tədbirlər həyata keçirilmişdir. Quraq rayonların su ilə təmin edilməsi, bataqlıqların qurudulması və s. nəsli kəsilməklə olan bir çox heyvanların, bitki növlərin bərpa olunması ətraf mühitin dirçəldilməsinə kömək edir. Bunlardan başqa tullantıların azaldılmasını təmin edən texnoloji üsulların işədilməsi, ən mütərəqqi təmizləmə qurğularının kütləvi istehsalı, atmosferə buraxılan zərərli tullantılarla mübarizədə yeni üsul və vəsaitlərin tətbiqi, torpaq, su və meşə ehtiyatlarının qorunması, onlardan səmərəli istifadə edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Ətraf mühitə təsirin qiymətləndirilməsi və ekoloji ekspertiza prosesi həyata keçirilərkən ekoloji-iqtisadi analiz onların əsasını (bazasını) təşkil edir. Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) kompleks prosesdir (tədbirdir) və onun həyata keçirilməsində müxtəlif sahələrin mütəxəssisləri o cümlədən
iqtisadçılar iştirak edirlər. ƏMTQ, nəzərdə tutulan planlaşdırılan fəaliyyətin ətraf mühitin keyfiyyətinə potensial təsirin dərəcəsini və xüsusiyyətlərini də müəyyən edir. Eyni zamanda gözlənilən ekoloji və onunla əlaqədar sosial və iqtisadi tədbirlərin nəticələrinin nə dərəcədə olacağını da nəzərdən keçirmək lazım gəlir.
ƏMTQ sənədinin (prosesinin) əsas məqsədi ondan ibarətdir ki, sifarişçi planlaşdırdığı fəaliyyəti ilə təbiəti mühafizəni təmin etsin. Əgər dövlət ekoloji ekspertizası ekoloji tələblərin uçotunun və yerinə yetirilməsinin təmin edilməsində təsərrüfat, idarəetmə və digər qərarların qəbulunda hüququ bir vasitədirsə, əksinə ƏMTQ müvafiq təsərrüfat məsələlərinin hazırlanma mərhələsində həmin tələblərin uçotunu və yerinə yetirilməsini təmin edən əsas hüquqi vasitədir.
ƏMTQ-nin əsas məqsədi ondan ibarətdir ki, ətraf mühit və cəmiyyət üçün qeyri-məqbul (yad) olan nəticələrin qarşısını almaq üçün zəruri olan tədbirlərin aşkarlanmasını və qəbul edilməsini təmin etsin. Qiymətləndirmə aŞağıdakı sənədlərin hazırlanması ilə həyata keçirilir:
konsepsiyaların, proqramların və o cümlədən, investisiya olunan fəaliyyətin müəyyən edilməsi;
sahələr və ərazilər üzrə sosial-iqtisadi inkişaf planlarının tərtibi;
təbii ehtiyatların istifadəsi və mühafizəsinin kompleks sxemlərinin tərtibi;
şəhərsalmanın sənədləşdirilməsi;
yeni texnika, texnologiya, maddələr və materialların hazırlanması üzrə sənədlərin tərtibi;
investisiya layihələrinin plan qabağı əsaslandırılmasının (yeni tikinti, yenidənqurma, yenidən təşkil) rəsmiləşdirilməsi.
Təbiidir ki, ƏMTQ prosesində heç də bütün təsərrüfat layihələri əhatə olunmur. Ancaq xüsusi təsdiq edilmiş siyahılar tərtib edilir ki, oraya potensial ekoloji cəhətdən təhlükəli fəaliyyət növləri daxil edilir. Onların siyahıları dövlət(federal) səviyyələrdə təsdiq edilir. Xüsusilə, ƏMTQ üsulları neftayırma zavodları, iri istilik elektrik stansiyaları, atom elektrik stansiyaları, kimya müəssisələri, avtomagistrallar, sürətli yolları, neft və qaz kəmərləri və s. ətrafında tətbiq edilməlidir. Xəzər dəniz neft və qazın kəşfiyyatı və istismarı ilə əlaqədar bütün layihələr də ƏMTQ-dən keçməlidir.
ƏMTQ-nin miqyasları və onlara olan tələbatlar da fərqli ola bilər. Bununla yanaşı bütün ƏMTQ-lər üçün ümumi bir struktur mövcud olmalıdır:
ilkin informasiyanın toplanması, məsələnin ümumi vəziyyətinin
qiymətləndirilməsi;
nəzərdə tutulan layihənin həyata keçiriləcəyi rayonun ətraf mühitinin təsviri;
qanunlar və qanunvericilik aktlarının əhatəliyinin qiymətləndirilməsi;
layihənin ətraf mühitə birbaşa, dolayı və potensial təsirinin qiymətləndirilməsi: cari və uzunmüddətli, cüzi habelə dönməz proseslərin nəticələri və s.
alternativ variantların baxılması və analizi;
kompleks tədbirlərin qiymətləndirilməsi və onların həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitlərinin ayrılması;
layihənin həyata keçirilməsinin nəticələrinin struktur (institutsional) təyinatı; - monitorinqə tələbatın olub-olmamasını müəyyən etmək və s.
Adətən layihəçilər tərəfindən aparılan ƏMTQ ekoloji ekspertiza ilə çox sıx əlaqəlidir və oxşar sosial-ekoloji-iqtisadi göstəricilər sisteminə söykənir. Ekoloji ekspertiza dövlət nəzarət və planlaŞdırma orqanları tərəfindən, aparıcı mütəxəssislər və alimlər ilə birlikdə həyata keçirilir. Dövlət orqanları ilə yanaşı Azərbaycanda ictimai ekoloji təşkilatlar sahəsində çalışan ekspertlər tərəfindən aparıla bilər.
Layihə qabağı və layihə sənədlərinin razılaşdırılması və onların ekoloji ekspertizaya təqdimatı bir sıra mərhələlərdən keçir. İlk dəfə sifarişçi (investor) müvafiq əsaslandırmalarla öz niyyətləri haqqında bəyanat (deklarasiya) hazırlayır. Sonra respublika və ya yerli icra hakimiyyəti orqanları ilkin olaraq təsərrüfat fəa-
liyyətinin aparılmasına razılıq verirlər. Daha sonra layihəçi obyektin yerləşdiriləcəyi ərazi haqqında texniki-iqtisadi əsaslandırma (TİƏ) aparır.
Dostları ilə paylaş: |