TİƏ çərçivəsində ətraf mühitə təsirin qiymətləndirilməsi layihəsi
(ƏMTQ) hazırlanır. ƏMTQ həmin təsirin natural göstəricilərinin təyin edilməsindən başlayır. Yəni istifadəyə sərf edilən təbii ehtiyatların həcmi ərazinin su balansı, xüsusi qorunan ərazilər, dəyişkənliyə məruz qalan ərazilər, zərərli maddələrin atılmalarının (axıntılarının) miqdarı, əmələ gələcək tullantıların, o cümlədən toksik maddələrin insan sağlamlığına təsiri, səs-küy, elektromaqnit, vibrasiya və s. qiymətləndirilməsi. Sonra natural göstəricilər əsasında layihələndirilən obyektin ətraf mühitə və əhali sağlamlığına təsirinin qiymətləndirilməsinin pulla ifadə edilmiş qiymətləri müəyyən olunur. Təbiəti mühafizə tədbirlərinin tövsiyə edilməsi, ekoloji riskin və s. qiymətləndirilməsi həyata keçirilir.
Növbəti mərhələdə ƏMTQ layihəsi regionda (rayonda) ekoloji nəzarət və idarəetmə orqanı ilə (zəruri olduqda mərkəzi icra hakimiyyəti ilə) razılaşdırılır. Nəticədə obyektin yerləşəcəyi ərazi və təbiətdən istifadə şərtləri dəqiqləşdirilir. Bundan sonra layihəçi dəqiqləşdirilmiş informasiyadan istifadə edərək, tikintinin TİƏ konkret müəyyən edilmiş yerə uyğun olaraq tərtib edir. Eyni zamanda layihənin nəzərdən keçirilməsinə əsasən onun səmərəliliyi dəqiqləşdirilir və ekoloji riskin qiyməti verilir. Yalnız bundan sonra dövlət ekoloji ekspertizası həyata keçirilir. Ekoloji ekspertizanın nəticəsində ekspert komissiyasının rəyi rəsmiləşdirilir. Rəylər müsbət və yaxud mənfi ola bilər. Ekspertlərin müsbət rəyindən
sonra layihənin tikintisi üçün maliyyələşdirilmə açıla bilər.
Ekoloji ekspertizadan başqa investisiya layihələri auditorlar tərəfindən yoxlanıla bilər. Audit əsaslandırılmasının yekun prosedurası investisiya haqqında niyyət bəyannaməsi və ekoloji bəyanat verilə bilər. Hər iki sənəd mütəxəssislərin və əhalinin geniş təbəqəsi üçün hazırlanır. Ekomenecment və ekoaudit sistemlərinin tələblərinə əsasən ekoloji bəyanat aşağıdakıları əhatə edir:
meydança sərhədləri daxilində (çərçivəsində) kompaniyanın fəaliyyətinin təsviri, investisiya layihəsinin məqsəd və vəzifələri;
həmin fəaliyyətə aidiyyəti olan bütün mövcud problemlərin
qiymətləndirilməsi;
zərərli maddələrin atılması və axıdılması haqqında məlumat, səs-küy çirklənməsi, xammalın sərfi, enerji və suyun işlənmə miqdarı və s. haqqında informasiya;
kompaniyanın ekoloji səciyyəsinə aid olan digər amillər haqqında məlumat;
kompaniyanın ekoloji siyasətinin əsas müddəalarının təsviri, təbiəti mühafizə tədbirlərinin proqramı və idarəetmə sistemi;
bəyanatın verilmə vaxtı (müddəti).
Yalnız ekoloji bəyanatın səlahiyyətli orqanı tərəfindən təsdiqi və haqqın
(rüsumun) keçirilməsindən sonra sahələrin (obyektin) qeydiyyatı aparılır.
Dostları ilə paylaş: |