2005
|
2009
|
2010
|
2011
|
2012
|
Cəmi O cümlədən:
|
2912,3
|
105287,3
|
190007,2
|
239275,2
|
339872,1
|
Su ehtiyatlarının mühafizəsinə
|
1309,8
|
89169,3
|
134936,9
|
189693,4
|
324214,9
|
Atmosfer havasının mühafizəsinə
|
1503,9
|
2113,2
|
-
|
-
|
-
|
Torpaqların mühafizəsinə
|
98,6
|
14004,8
|
55070,3
|
49581,8
|
15657,2
|
Kapital qoyuluŞları əsasən su obyektlərinin, hava hövzəsinin və torpaqların mühafizəsinə istiqamətləndirilir. Adətən kapital qoyuluşlarının ən çox payı (faizi) su obyektlərinin mühafizəsinə yönəldilir. Su obyektlərinin mühafizəsi üçün əsas kapital qoyuluŞları tikinti üçün birdəfəlik aŞağıdakı xərclərdən ibarət olur:
istehsalat və kommunal tullantı sularının təmizlənməsi üçün stansiyalar, (təmizləyici qurğular), habelə tullantı sularının ilkin təmizlənməsi (lokal təmizləyici qurğular) və təmizlənmiş sulardan istifadə üçün yenidən təmizləmə stansiyaları;
su mühafizə zonalarının kompleks tədbirlərlə əlaqələndirilməsi (texnoloji, meşə meliorativ, aqrotexniki, hidrotexniki, sanitar və s.);
neftin, mazutun toplanması qurğuları;
su obyektlərini çirkləndirən sənaye tullantılarını zərərsizləşdirmək üçün poliqon və qurğuların tikilməsi;
gəmilərin təsərrüfat sularının qəbul edilməsi üçün sahil qurğularının tikilməsi, habelə zibillərin utilləşdirilməsi, anbarlaşdırılması və təmizlənməsi;
şəhərlərin və yaşayış məntəqələrinin kanalizasiya sistemlərinin tikintisi və s.
Hava hövzəsinin mühafizəsi üçün xərclər birdəfəlik aşağıdakı tikinti işlərinə yönəldilir:
texnoloji xətlərdən, digər çirklənmə mənbələrindən ayrılan maddə və qazların tutulma və zərərsizləşdirilməsi üçün qurğuların tikintisi;
nəzarət-tənzimləyici sahələrin tikintisi (əsasən, toksik avtomobil qazların miqdarını müəyyən etmək üçün);
tüstü boruları, qaz buxarlarının, aspirasiya sistemlərinin tikintisi;
sanitar-mühafizə zonalarının salınması (müəssilər ətrafı, yol boyunca və s.).
Torpaqların mühafizəsinə yönəldilən əsaslı vəsaitlərə daxildir:
eroziyaya, selə, sürüşməyə qarşı hidrotexniki qurğuların tikilməsi;
dik yamacların terraslaşdırılması;
qoruyucu meşə zolaqlarının, o cümlədən tarla qoruyucu və eroziyaya qarşı
meşələrin salınması;
torpaqların bərpası (rekultivasiyası, reabilitasiyası);
zibil emalı və zibil yandıran zavodların tikintisi.
Cari istismar xərclərinə daxildir: təbiəti mühafizə istiqamətli əsas fondların saxlanması və qulluq edilməsi, təbiəti mühafizə ilə əlaqədar xidmətlərin
ödənilməsi, ca-ri təbiəti mühafizə xərclərinin ümumi istehsal xərclərinə görə payı
0,2-3 % arasında dəyişir.
Dostları ilə paylaş: |