Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Təbiəti mühafizə tədbirlərinin iqtisadi səmərəliliyinin təyini metodikası



Yüklə 0,95 Mb.
səhifə82/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   78   79   80   81   82   83   84   85   ...   148
Mövzu 6

4. Təbiəti mühafizə tədbirlərinin iqtisadi səmərəliliyinin təyini metodikası




Səmərə və səmərəlilik anlayıŞlarını fərqləndirmək lazımdır. Aydındır ki, potensial səmərə sərf olunan xərclərlə müqayisə edilməli, daha doğrusu, səmərəlilik hesablanmalıdır. Yüksək səmərə əldə edilməsi çox xərc çəkilməsini tələb edə bilər ki, bu da layihəni iqtisadi cəhətdən səmərəsiz olması ilə nəticələnər. Normal iqtisadi həll üçün ümumi qayda potensial gəlirin (G) xərclərdən (X) çox olmasıdır:

G – X > O


Bu göstəricilər arasında fərq nə qədər çox olarsa, deməli vəsaitlər (sərf olunan xərclər) iqtisadi cəhətdən çox sərfəli istifadə edilmişdir.

Göstərilən düstur çox sadədir və məhdud vaxt kəsiyində (məsələn, il ərzində) özünü doğruldur. Çoxillik layihələrin seçilməsi isə çox mürəkkəbdir.

Bu zaman cari xərc və gəlirləri, gələcək xərc və gəlirlərlə müqayisə etmək lazım gəlir. Beləliklə, cari və gələcək pul məbləğlərini müqayisə etməyə imkan verən diskontlaŞdırma amilindən istifadə edilməsi zəruriyyəti meydana çıxır. DiskontlaŞdırma gələcək məbləği cari vaxta gətirməyə imkan verir.

Misal olaraq, vaxt amilinin bankdakı əmanətə təsirini göstərmək olar. Tutaq ki, il ərzində faiz stavkası 10%-dir. Onda banka qoyulan 10 min manat 5 ildən sonra 16 min manata çevrilir. Bu sadə misaldan belə bir mühüm nəticə çıxır: cari pullar gələcəkdəki eyni miqdarda puldan bahalıdır. Misalda bu il banka qoyulan 10 min manat növbəti ildəki 10 min manatdan bahalıdır. Yaxud, gələcəkdəki 16 min manat (5 ildən sonra) bu ilki 10 min manatdır.

Diskontlaşdırma gələcək dəyərləri cari dəyərlərə çevirməyə imkan verir:

PV = Gt

(1+r)t

Burada, PV – cari dəyər; Gt – t ilində gəlirin məbləği; r – diskontlaşdırma əmsalı.

Bu üsul vaxt kəsiyində xərc və gəlirin müqayisəsinə də imkan verir. Bugünkü xərc və gəlirlər onların növbəti illərdəki analoji miqdarından çoxdurlar. Vaxt amili nəzərə alınmaqla, diskontlaşdırma nisbətləri aşağıdakı şəkildə yazıla bilər:

n

NPV = ∑ t - Xt



t=0 (1 + r)t

Bu nisbət zaman üzrə dəyişən xərclər və nəticələri eyni ölçüyə gətirməyə imkan verir. İqtisadiyyatda bu nisbət layihə və proqramların səmərəliliyinin ölçülməsi üçün geniş yayılmışdır və xalis (gətirilmiş) cari dəyər (NPV) adlanır. Xalis gətirilmiş dəyər göstəricisinin kəmiyyəti sıfırdan yuxarı olduğu halda layihə səmərəli hesab edilir və onun tətbiqi məqsədəuyğun hesab olunur. Gəlir və xərc arasındakı fərq mənfəət və ya layihənin keçirilməsindən əldə edilən səmərə kimi müəyyən edilir. Layihənin səmərəliliyi üçün gətirilmiş gəlirin müsbət cəmi zəruridir.

Tutaq ki, hər hansı bir layihənin fəaliyyət müddəti 5 ildir. Bu hal üçün xərclər, gəlirlər və mənfəət aşağıdakı kimi olacaq.

Cədvəl 12.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin