2. Təbiətin mühafizəsinə çəkilən xərclərin səmərəliliyini təyin edən üsullar
Təbii ehtiyatların mühafizəsinin səmərəliliyi xərclərin istiqamətləri və həcmindən çox asılıdır. Ona görə də ətraf mühitin mühafizəsinə sərf olunan xərclərə nəzarət edilməlidir. Elə ola bilir ki, yüksək səmərə əldə etmək üçün çox xərc çəkilməsini tələb etsin. Hər bir halda potensial səmərə xərclərdən asılıdır.
Xərclərin həcminin elə həddi olmalıdır ki, o təbii ehtiyatların mühafizəsi layihəsinin səmərəli olmasını təmin etsin. Xərclərin gəlirlərlə müqayisəsi elə olmalıdır ki, vaxt amili nəzərə alınmaqla cəmi gəlir cəmi xərclərdən çox olsun. Hesablamalar göstərsə ki, gələcəkdə əldə ediləcək gəlir xərcləri ödəmir, onda layihə səmərəsiz hesab edilir və onun həyata keçirilməsi məqsədəuyğun hesab edilmir.
Təbiəti mühafizənin qiymətləndirilməsi, ətraf mühiti mühafizənin idarəedilməsinin iqtisadi metodunun əsası hesab olunur. Təbiəti mühafizə tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi sosial, ekoloji, iqtisadi, sosial – iqtisadi, ekoloji – iqtisadi nəticələr hesabına aparılır.
Təbiətin mühafizəsi üçün layihələrin (investisiyaların) səmərəliliyinin müəyyən edilməsi üçün gətirilmiŞxərclər üsullarından da istifadə edilə bilər. Bu üsulda səmərənin ekoloji-iqtisadi zərərin və s. müəyyən edilməsi məsələsi qoyulmur. Başlıcası - əvvəlcədən qarşıya qoyulmuş məqsədə nail olmaq üçün, lazım olan xərcləri minimallaşdıran inkişaf variantını tapmaqdır. Daha doğrusu, yalnız məqsəd və ona nail olmaq üçün xərclər əhəmiyyət kəsb edir. Bu layihənin tətbiqindən iqtisadi səmərəni müəyyən etmək mümkün olmadığı (və ya çox mü-
rəkkəb olduğu) hallarda tətbiq edilir. Gətirilmiş xərclər metodikasına uyğun olaraq bir neçə variant arasından aşağıdakı şərti ödəyən layihə seçilir:
Dostları ilə paylaş: |