Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ



Yüklə 0,95 Mb.
səhifə83/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   79   80   81   82   83   84   85   86   ...   148
Mövzu 6

İllər

1

2

3

4

5

Xərclər

30

10

0

0

0

Gəlir

0

5

15

15

15

Mənfəət

-30

-5

15

15

15

Aydındır ki, diskontlaşdırma amilini nəzərə almayaraq illər üzrə xərc və gəlirləri toplasaq, layihə səmərəlidir: mənfəət 10-a (50-40) bərabərdir və sıfırdan yuxarıdır.

Ancaq hesabat xalis dəyər düsturu əsasında aparılarsa, nəticə (-0,5) olacaqdır, bu isə layihənin səmərəsiz olduğunu və onun həyata keçirilməsinin məqsədəuyğun olmadığını göstərir. Gələcəkdə əldə ediləcək yüksək gəlir ilk illərdə qoyulan xərcləri ödəmir. Bu isə ―gələcək‖ pulların onların hazırkı ana gətirilməsi zamanı

―cari‖ pullardan az olduğuna əyani misaldır.

Təbiətdən səmərəli istifadə üzrə tədbirlərin səmərəliliyi göstəricilər sistemi ilə səciyyələnir. Onlar nəticələrlə (alınmış yaxud gözlənilən) və xərclərin (ehtiyatların) nisbətini əks etdirirlər. Onlar arasında təbiəti mühafizə qurğularının fond verimi, təbiət tutumu, istehsal edilən məhsulun tullantısı və s. göstərmək olar. 1992-ci ilin iyununda Rio-de Janeyroda BMT-nin ətraf mühit və inkişaf üzrə keçirilən konfrans bizim nəsil üçün əlamətdar hadisə hesab olunur. Konfrans dövlət başçıları ilə birlikdə dünyanın 179 hökumət nümayəndələrini, BMT idarələrini, beynəlxalq təşkilatları bir yerə topladı. Konfransın nəticəsində Rio-de

Janeyroda beynəlxalq sazişlər bağlandı. Onlardan aşağıdakı əsasları göstərmək olar:


  1. Ətraf mühit və inkişaf üzrə Deklarasiya, onun 27 prinsipi, dayanıqlı inkişafın təminatı işində ölkələrin hüquq və vəzifələrini müəyyənləşdirir.

Deklarasiyada bildirilir ki, uzunmüddətli iqtisadi tərəqqinin yeganə yolu, ətraf mühitin mühafizəsi ilə əlaqələndirməkdən ibarətdir;

  1. İnkişafı sosial, iqdisadi və ekoloji baxımdan dayanıqlı etmək proqramı. Proqramda ətraf mühitdə dəyişkənlik yaradan hərəkətedici amillər nəzərdə tutulur;

  2. Qüvvələrin əhali, istehlak və texnologiya olduğu izah edilir;

  3. İqlim dəyişməsi haqqında BMT–nin konvensiyası. O istixana qazanının dünya iqlim sistemində təhlükəli disbalansına səbəb olmayan səviyyədə stabilləşdirməyi nəzərdə tutur;

  4. Bioloji müxtəliflik üzrə Konvensiya, dünya ölkələrindən biomüxtəlifliyi qoruyub saxlamaq üçün, tədbirlərin görülməsi tələb olunur.

İqtisadi inkişafı təmin etmək və bütün həyat formalarını saxlamaq üçün bütün meşə tiplərinin, ekologiyanın idarə olunması, mühafizəsi və dayanıqlı inkişafı prinsipləri haqqında bəyanat. Ətraf mühitdən istifadənin səmərəliliyinə yönəldilib.

Bəşəriyyət təbii mühitə və sosial-iqtisadi inkişafa təcrid edilmiş halda baxmamalıdır. Yüksək keyfiyyətli təbii mühitə və dünyanın bütün xalqları üçün sağlam iqtisadiyyat kimi bu iki məqsədə nail olmaq olduqca vacibdir.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin