Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Təbiəti mühafizə tədbirlərinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri



Yüklə 0,95 Mb.
səhifə84/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   80   81   82   83   84   85   86   87   ...   148
Mövzu 6

5. Təbiəti mühafizə tədbirlərinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri

―Ətraf mühitin mühafizəsi‖ haqqında qanuna əsasən sənaye və digər müəssisələr tələb və normalara uyğun təbii ehtiyatlardan səmərəli istifadəsinə, torpağın, atmosferin, suyun, yerin təkinin, heyvan və bitki aləminin və digər təbii ehtiyatların bərpası və mühafizəsinə görə məsuliyyət daşıyır, həmçinin fəaliyyət nəticəsində təbiətə vurduğu ziyana görə ödəniş ödəyir. Bu qanuna görə müəssisə ətraf mühitə mənfi təsiri azaltmaq və kompensasiya ödənişini etmək və təbiəti mühafizə tədbirlərini vaxtlı – vaxtında həyata keçirməyə məcburdur. Belə müəssisələrin maliyyələşdirilməsi onların öz hesabına, büdcədən kənar dövlət ekoloji fondlar və ya ictimai Ətraf Mühiti Mühafizə Fondları və həmçinin ekoloji sığorta fondları hesabına edilə bilər.

Təbiəti mühafizə tədbirlərinə aiddir: təbii mühitə antropogen təsirin azaldılması və ya aradan qaldırılması, təbii – resurs potensialının saxlanması, yaxşılaşdırılması və səmərəli istifadəsi ilə bağlı xalq təsərrüfatı fəaliyyətinin bütün sahələri

Misal üçün bu cür tədbirlərə aid edilir: təmizləyici və tullantısız texnoloji alətlərin inşası və istifadəsi; az tullantılı və tullantısız texnoloji proseslərin, istehsalın inkişafı; müəssisə və nəqliyyat sistemlərinin yerləşdirilməsində ekoloji tədbirlərin qeydiyyata alınması;

Torpağın rekultivasiyası işinin aparılması, torpaqların eroziyası ilə mübarizə, flora və faunanın müdafiəsi və yenidən bərpası, mineral ehtiyatların müdafiəsi və səmərəli istifadəsi və s.

Təbiəti mühafizə tədbirləri aşağıda göstərilənləri təmin etməlidir:



  • Istehsalın inkişafı və demoqrafik dəyişikliklərlə əlaqədar gələcəkdə mümkün olan perspektiv dəyişiklikləri nəzərə alaraq, ətraf mühitin mühafizəsi və insan sağlamlığının qorunması çərçivəsində olan normativ qaydalara riayət olunmasını;

  • ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasından, təbii ehtiyatlardan səmərəli və qənaətlə istifadəsindən maksimal iqtisadi səmərənin əldə olunması;

Təbiəti mühafizə tədbirlərinin ümumdövlət yanaşması iqtisadi əsaslarla aşağıdakılardan ibarətdir:

  • Yaxın və uzaq gələcəkdə xalq təsərrüfatının təbiəti mühafizə tədbirlərinin müxtəlif variantlarda sosial, ekoloji və iqtisadi nəticələrin bütövlükdə əhatəsi mümkündür;

  • Təbiəti mühafizə tədbirlərinin müxtəlif formalarının həyata keçirilməsi ilə əlaqədar şəkilən xərcləri daha bütöv şəkildə əhatə etmək;

  • Təbiəti mühafizə tədbirlərinin nəticələrinin və xərclərinin qiymətləndirilməsinə sərf olunan vaxt amilinin nəzərə alınması;

  • Sahələrarası yanaşmada nəzərdə tutulan ərazidə (rayon, vilayət, region) bütövlükdə təbii ehtiyatlardan daha səmərəli istifadəni təmin etmək və bütün xərclərə qənaət etməyin vacibliyini nəzərə almaq;

Ətraf mühitin keyfiyyətinin qorunması üçün təbiəti mühafizə xərcləri ilə bağlı prinsipial mövqenin seçimi 3 əsas istiqamətdə aparılır:

    1. Ekstensiv

    2. Iqtisadi 3) Qlobal.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin