Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Ətraf mühitin mühafizəsi tədbirlərinə sərf olunan xərclərin qrupları



Yüklə 0,95 Mb.
səhifə72/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   68   69   70   71   72   73   74   75   ...   148
Mövzu 6

3. Ətraf mühitin mühafizəsi tədbirlərinə sərf olunan xərclərin qrupları


Ətraf mühitin mühafizəsi tədbirlərinə çəkilən xərclərin qrupuna aşağıdakılar aid edilir. Mövcud ehtiyatların saxlanması xərcləri, ətraf mühitə zərərli maddələr atılmasının qarşısının alınması, xərcləri, ekoloji ziyanın qarşısının alınmasına istiqamətləndirilən xərclər.

Ətraf mühitə vurulan ziyanın iqtisadi və sosial xərcləri.

Ətraf mühitə vurulan ziyanın iqtisadi və sosial xərcləri üç böyük qrupa bölünür:

  1. Sağlamlıq xərcləri. Ətraf mühitin çirklənməsi xəstəliklər yaradar və vaxtından əvvəl ölümlə nəticələnə bilər. Çirklənmənin təsiri ilə insan sağlamlığına birbaşa və dolayı zərər ola bilər. Ona görə də sağlamlığa xidmət edən təbiəti mühafizə xərcləri hər il artırılır;

  2. Məhsuldarlıq xərcləri. Ətraf mühitin tənəzzülü təbii ehtiyatların və fiziki kapitalın məhsuldarlığını azaldır. Bu suyun, torpağın və s. təbii təmizlənməsini ön plana çəkməyə imkan vermir. Təbiəti mühafizəyə xərclərin azaldılması təbii proseslərin pozulmasını sürətləndirir. Çirklənmə insanlardan təmizliyin saxlanması, onların evlərinin və başqa tikililərin saxlanması üçün böyük xərclər tələb edə bilər;

  3. Ətraf mühitin keyfiyyətinin itkisi və ya mühitin rahatlıq xərcləri. Açıq hava, toxunulmamış göl, yararlı meşə, təmiz və sakit yerlər – həyat keyfiyyətini yaxşılaşdıran amillərdir. İnsanlar təhlükədə olan bioloji növləri, ekoloji sistemi qorumaq və ətraf mühitin rahatlığından həzz almaq və ya gələcək nəsillərə belə imkanların yaradılması üçün bəzi xərclərdən və xidmətlərdən imtina etməyə hazırdırlar. Ətraf mühitin keyfiyyətini kəmiyyətcə təyin etmək daha çətindir, ancaq onun itkisi dayanıqlı inkişaf prinsipləri ilə xüsusi ziddiyyətə girir. Bununla bərabər müasir nəsil gələcək nəsillərin imkanları ilə güzəşt yaratmadan öz ehtiyaclarını təmin edə bilmir.

Ətraf mühitdən təbiətdən istifadənin iqtisadi qiymətləndirmə sistemi ekoloji problemlərin həllində böyük rol oynayır. Bu sistem təsərrüfat obyektlərinin öz istehsal fəaliyyətlərini ekoloji amillərin uçotu ilə modelləşdirməyə sövq edir. Ekoloji-iqtisadi modelləşdirmə ətraf mühitin çirkləndirilməsi ilə bağlı ödəniləcək məsrəflərin minimallaşdırılması imkanı verir.

Ətraf mühitə atılan zərərli tullantıları üç yolla azaltmaq mümkündür:

  1. zərərli tullantılar üçün norma və standartların müəyyən edilməsi;

  2. müvəqqəti çirkləndirmə hüququnun lisenziyalaşdırılması;

  3. tullantılar üçün ödəniş sisteminin yaradılması.

Bəzən yeni texnologiyaların (kompleks, aztullantılı) tətbiqi zamanı təbiəti mühafizə xərclərinin hesablanması məsələsi ortaya çıxır. Burada təbiəti mühafizəyə çəkilən xərci hesablamaq çətin olur. Tullantıların istifadəsi əlavə məhsul verir və ətraf mühitə mənfi yükü azaldır. Ona görə də istehsalat prosesini iki yerə bölüb, həm istehsalata, həm də təbiəti mühafizəyə olan xərcləri təyin et-

mək çətindir. Lakin belə bölgü vergi güzəştlərini müəyyən edərkən lazım gəlir.



Mikroiqtisadi səviyyədə təbiəti mühafizə xərcləri aŞağıdakı qaydada bölünür:

  1. ümumi, yaxud bütövlükdə təbiəti mühafizə tədbirlərinin realizə edilməsinə çəkilən xərclər;

  2. orta və ya xüsusi-1 ton tullantının (axıntının) təmizlənməsinə çəkilən xərclər;

  3. həddi (normativ) xərclər – hər bir əlavə tullantının (axıntının) 1 tonunu təmizləmək üçün əlavə xərclər. Bundan başqa, təbiəti mühafizə xərcləri iki

dərəcəyə (növə) bölünür: cari və əsaslı xərclər.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin