Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Müasir menecmentdə 4 vəzifə ayrılır: planlaŞdırma, təŞkiletmə, motivasiya və nəzarət



Yüklə 0,95 Mb.
səhifə89/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   85   86   87   88   89   90   91   92   ...   148
Mövzu 6

Müasir menecmentdə 4 vəzifə ayrılır: planlaŞdırma, təŞkiletmə, motivasiya və nəzarət. Ali menecmentin əsas vəzifəsi ekoloji məqsədləri strateji planlaşdırmaya daxil etməkdir. Planlaşdırmada zəruri investisiyalar əsaslandırılır, xüsusi marketinq strategiyası nəzərdə tutulur. Planlaşdırmanın əsas elementi biznes-plandır. Biznes-planın strukturunda təbiəti mühafizə və ehtiyata - sərvətə qənaət fəaliyyətində aşağıdakı bölmələr (məsələlər) nəzərdə tutulur:

  1. ekoloji-iqtisadi sistemin imkanları;

  2. ehtiyatların növləri (ilkin və təkrar), ekoloji potensial, baza ekoloji məhdudiyyətlərin olması;

  3. məhsul satışı bazarı (tullantılardan alınmış, xidmətlər məhsulu və s.);

  4. məhsul və xidmət satışı bazarında təbiəti mühafizə və ehtiyata qənaət fəaliyyətinin həyata keçirilməsi üzrə rəqabət;

  5. marketinq planı;

  6. təbiəti mühafizə və ehtiyata qənaətetmə fəaliyyət planı;

  7. istehsalat və infrastruktur obyektlərinin kooperasiyası üzrə təşkilati plan (ekoloji-iqtisadi səmərəni artırmaq üçün);

  8. təbiəti mühafizə və sərvətə qənaətetmə fəaliyyətinin hüquqi təminatı;

  9. subyekt və obyektlərin mümkün olan ekoloji fəlakətlərdən sığorta edilməsi üçün riskin sosial-iqtisadi qiymətləndirilməsi;

  10. maliyyə planı;

  11. təbiəti mühafizə obyektlərinin, onların rekonstruksiyasının əsaslı tikinti və maliyyələşdirmə strategiyası planı.

Ekomenecmentin əsas elementlərindən biri ekoloji marketinqdir. Marketinqin mərkəzində istehlakçı durur, onun tələblərinə uyğunlaşmaq lazımdır. Ekomarketinqin əsası ondan ibarətdir ki, onun bütün fazalarında məhsulun ekolojiliyi (istehsalatdan tutmuş son utiləşdirməyə qədər) durur. Deyilənlər satış zamanı ən əsas əhəmiyyət kəsb etməlidir. Ekoloji marketinq əsasən səmərəliləşdirmə konsepsiyasına istinad edir. Həmin konsepsiyaya əsasən materialların və enerjinin az dövr etməsi istehlakçıya çox fayda gətirir. Istehsalçı haqqında informasiyaya malik olub və marketinq strategiyasını müəyyən etməklə firmada və sahibkarlıqda uğur qazanmaq üçün marketinq vasitələri toplumundan səmərəli istifadə etməlidir.

Ali menecmentin ekoloji strateji məqsədlərinin realizə edilməsi təbiəti mühafizə prosesinə orta və operativ menecmentin cəlbini nəzərdə tutur. Öz xüsusi (şəxsi) bölməsinin yaradılmasının zərurəti meydana gəlir ki, bu bölmə ekoloji məsələlərə məsul olmaqla, müəyyən sərvətə sahib olmalı və səlahiyyətə malik olmalıdır. Orta menecmentin səlahiyyətlərinə ekoloji məqsədlərin paylanması (ayrıca əməliyyat proqramları üzrə) aiddir. Məhz bu zaman ekoloji menecment sisteminin təzələnməsi, artırılması və modifikasiya edilməsi üzrə yeni ideyaların yaranması mümkündür. Menecmentin inteqrasiya sistemi bütün əməliyyat menecmentini, müəssisənin fəaliyyət sistemini, məsuliyyətlərin səviyyəsini və məhdudlaşdırılmasını əhatə edir.

Ekoloji menecment ekoloji imic yaratmaq hesabına, nəinki rəqabət üstünlüklərini təmin edir, eyni zamanda firmanın mikroiqliminə müsbət təsir göstərir: işçilərin əməyə həvəsi artır, onlar işlərindən məmnun qalırlar. Ekoloji imic əsasında firma hiss edilməyən kapital əldə edir ki, bu da dövlət hakimiyyəti rəhbərliyi ilə əməli əlaqələrin yaradılmasını asanlaşdırır, həm də ekotəşkilatların etimadını qazanır, müştərilər və sakinlərin müqabilində hörməti artır. Belə müəssisə, eyni zamanda cəlbedici iş yerinə çevrilir.

Ekomenecmentin müsbət tərəflərini qeyd etməklə, nəzərə almaq lazımdır ki, onun nöqsanları da az deyildir. Ekoloji-iqtisadi səmərə yüksək investisiya və istehsalat xərcləri ilə əlaqədardır. Prosesdə bazar və innovasiya riskləri yarana bilər.

Ekoməhsullara tələbatın səviyyəsi, axıra qədər işlənməmişdir, təbiəti qoruyan texnologiyalar və s. istinad edilməsi tələbatdan geri qalır. Məhz ona görə də idarəet-mədə həmin məsələlər diqqət mərkəzində olmalıdır.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin