Banklar vasitəsilə ekoloji problemlərin kreditləŞməsinə vəsait ayrılır:
ekoloji təhlükəsiz texnologiyaların işlənməsi və tətbiqinə;
tullantısız məhsullar istehsalı və emalı üçün;
xammalın təkrar emalı və istifadəsi üçün;
ekoloji problemlərin həlli məqsədilə birgə müəssisələrin yaradılması üçün və s.
Almaniyada ekoloji banklar fəaliyyət göstərir. Almanların çox hissəsi bu banka əmanətlərini qoyurlar. (150 min müştərisi var) Bank ekoloji məsələləri (müəssisələri) kreditləşdirir. Ukraynada 1993-cü ildə ―Nadra‖ Bankı ətraf mühitin mühafizəsi və ekoloji proqramları maliyyələşdirmək üçün yaradılmışdır. Bankın köməyi ilə ―Yaşıl ofis‖ ekoloji proqramı hazırlanmış və maliyyələşdirilmişdir. Bu proqram çərçivəsində informasiya kompaniyası aparılmış və ətraf mühitin, ehtiyatlardan səmərəli istifadə edilməsi həyata keçirilir.
İqlim dəyişikliyi ilə əlaqədar problemlərlə Beynəlxalq Bank 2010-cu ildən öz strategiyasında əsas diqqəti buna yönəltmişdir. 2011-ci ildə Dünya Bankı ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəyə dair 37 layihə təsdiq edib. Bu layihələrə 1,7 milyon dollar həcmində vəsait ayırmışdır. Meksikada atmosferə zəhərli atqıların azaldılması üçün layihəyə 401 milyon dollar vəsait ayrılmışdır.
Ətraf mühitin mühafizəsi ilə əlaqədar Dünya Bankı yeni ekoloji strategiya hazırlamaqla dünyada meşə, dəniz və yer səthində bioloji müxtəlifliyin saxlanılması üçün maliyyə dəstəyi göstərir. Ətraf mühitin Beynəlxalq Mühafizə İttifaqı, Dünya Bankı, Qlobal Ekoloji Fond ―Görünənləri qoruyun‖ təşəbbüsü ətraf mühit və ekologiyanın qorunmasına istiqamətləndirilib. Ekosistemin mühafizəsində 1,5 min təşkilat iştirak edir.
İqlim dəyişikliyi ilə əlaqədar tədbirlərə dair 30 ekoloji strateji sənəd 2010-cu ildə Dünya Bankının diqqət yetirdiyi rəsmi materialdır. İqlim dəyişikliyi ilə əla-qədar, atmosferə tullantıların azaldılması, su hövzələri və torpağın çirkləndirilməsi məsələlərinə diqqət artırılır. Latın Amerikası və Karib körfəzində ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlər 180 layihə üçün 2009 və 2010-cu illərdə 7,7 mld dollar məbləğində vəsait ayrılmışdır. İqlim dəyişiklikləri problemləri ilə əlaqədar 45 ölkədə atmosferin mühafizəsi üçün investisiya fondu ya-radılmış və 2010-cu ildə Əməkdaşlığın inkişafı üçün 100 milyon dollar həcmində vəsait müəyyən edilmişdir.
Ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin saxlanılması və ekologiyanın qorunması üçün Dünya Bankının iştirakı ilə 20 ildə Ekologiyanın Qloballaşma Fondu tərəfindən 700-dən çox layihənin dəstəklənməsinə 4,5 milyard manat vəsait yönəldilmişdir.
MÖVZU 13.
Dostları ilə paylaş: |