2. Ətraf mühit və təbiətdən istifadənin optimallaŞdırılmasında vergi sistemi və
vergi ödəmənin ekoloji meyarları.
İnsanla təbiət arasında qarŞılıqlı münasibətlərin yaradılmasında faydalı qazıntıların emalı vaxtı texnoloji üsulların təkmilləŞidirilməsi vacibdir. Təbii mühitin optimallaŞdırılmasında mütərəqqi texnoloji üsullar baŞlıca olaraq bir sıra sahələri əhatə edir: a) istehsalın təbiətə etdiyi təsirin optimallaşdırılması, zərərli ünsürlərin aradan qaldırılması, suyun, havanın təmizlənməsi, təbiəti çirkləndirən müəssisələrdə istehsal və emal proseslərinin təkmilləşdirilməsi, təbii sərvətlərin mənimsənilməsi və istifadəsi işlərinin planlaşdırılmasının yaxşılaşdırılması; b) müasir texniki və texnoloji proseslər tətbiqi əsasında tullantısız və az tullantı verən istehsalın, xammal və hazır məhsulun daşınmasının təkmilləşdirilməsi bunların əsasını təşkil edir. Faydalı qazıntıların kimyəvi üsulla çıxarılması, yerin altında daş kömürün qazlaşdırılması, filizin qələviləşdirilməsi, duzların əridilməsi, neft və qaz yataqlarının şaxta üsulu ilə istismarı indi böyük səmərə verir. Cəmiyyət qarşısında duran mühüm problemlərdən biri də gələcəkdə yeni və mütərəqqi enerji qurğularının tikilməsi ilə ―təmiz‖ enerji mənbələrindən, atom, günəş, külək enerjisindən, dəniz və okean dalğalarının gücündən səmərəli istifadə edilməsidir. Müasir dövrdə üzvi yanacağın qıtlığı şəraitində istilik enerjisinə nisbətən su enerjisindən istifadə edilməsinin çox böyük üstünlüyü vardır: SES-lər baha başa gələn yanacaq işlətmir, atmosferə zərərli qazlar, his, qurum buraxmır. SES-lərin fəaliyyətinin yaxşılaşdırılmasının mühüm yollarından biri də onların tikilməsi, çoxlu kapital qoyuluşu şəraitində sudan səmərəli istifadə edilməsi və su mənbələrini çirkləndirən zərərli təsirlərin aradan qaldırılmasıdır. Mənfi cəhət ondan ibarətdir ki, onlar su mənbələrinə isti su tökür ki, bunlar da suda havanın, qazın dövranını pozaraq, faydalı faunanın inkişafını məhdudlaşdırır, suyun tərkibini pozur.
İstər elektrik stansiyalarında, istərsə də sənaye müəssisələrində suyun qapalı dövran üsulu ilə işlədilməsi yüksək iqtisadi və ekoloji səmərə verir. Bu yolla ölkəmizin iri sənaye müəssisələrində 1966-cı ildə 65 km3, 1970-ci ildə 98 km3, 1979-cu ildə 130-132 km3, 1984-cü ildə 155-160 km3 su işlədilmişdir ki, bu da həmin sahələrdə sərf edilən təmiz suyun 65-70 %-nə qənaət etməyə imkan verir. SES-dən fərqli olaraq İES-lər külli miqdarda üzvi yanacaq – təbii qaz, mazut, daş kömür, torf, yanar şist, antrasit və s. işlədir. Bunların müxtəlif tərkibi tullantıları ətraf mühiti çirkləndirir, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını aşağı salır, əhalinin sağlamlığına mənfi təsir edir. Belə zərərli halların qarşısını almaq məqsədilə mütərəqqi ekoloji texnikadan geniş istifadə edilməsi, sənaye müəssisələrində, elektrik stansiyalarında tullantısız texnoloji üsulların tətbiqi, xam-malın kompleks
emalı təşkil edilməlidir.
Müharibədən sonra ölkəmizin iri şəhərlərindən kənara minlərlə sənaye müəssisələri köçürülmüşdür. Bunun nəticəsində havaya, suya, torpağa buraxılan zərərli tullantıların miqdarı xeyli azalmışdır. Həmin müddətdə Bakı şəhərindən də bir sıra böyük sənaye müəssisələri, o cümlədən: sement zavodu, tütün fabriki, çoxlu asfalt, beton sexləri və s. kənara köçürülmüşdür. Lakin, hələ də Bakı şəhəri daxilində neft, qaz emalı zavodları, üzvi yanacaqla işləyən İES-lər, dəyirman və sair iri sənaye müəssisələri havanı, suyu, torpağı korlayır, adamların səhhətinə zərər yetirir.
Ətraf təbii mühiti çirkləndirən müəssisələrin tullantıları qiymətli xammaldır. Məsələn, ölkədə olan sement zavodlarının borularından çıxan tozlarının tutulub emal edilməsi əlavə 10 min tonlarla sement verir. Vaxtı ilə sovetlər dövründə təbiətin mühafizəsi haqqında bir sıra tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində son dövrlərdə istehsal tullantılarının miqdarı xeyli azalmış, ətraf mühitin mühafizəsində xeyli müvəffəqiyyətlər əldə edilmişdir. İndi çox yerdə şəhər tullantılarını emal edən çoxlu sənaye müəssisələri yaradılmışdır ki, bunlar da hər il xeyli məhsul istehsalını təmin etmişdir. İstehsal tullantılarından səmərəli istifadə edilməsinin mümkün olan üsullarından biri də sənaye, məişət sularını təmizləyib kənd təsərrüfatı bitkilərinin, ağacların, bağların, otlaqların suvarılmasında istifadə edilməsidir.
Dostları ilə paylaş: |