Təbii ehtiyatlar daŞınan və daŞınmaz əmlakdan (torpaq, su, meşələr, minerallar və s.) ibarətdir. Bu ehtiyatlar - əmlak bazarı, torpaq bazarı və s. iqtisadi münasi-bətləri əhatə etməklə və s. ətraf mühitdən istifadənin iqtisadiyyatının əsas obyektləridir. Burada əmlakın – torpağın, faydalı qazıntıların (filiz, neft və s) qiymətləndirilməsi və uçotu, qeydiyyatı sistemi yaradılır, planlaŞdırılması, vergiyə cəlb edilməsi tətbiq edilir. Bu iqtisadi sahələr arasında iqtisadi əlaqələrin tənzimlənməsində mühüm rol oynayır. Təbii sərvətlərin uçotu və qeydiyyatı investisiya qoyulması, icarə hüququ, borc, istifadə, girov hüququ və digər münasibətləri tənzimləməyə əsas verir. Burada yerli idarəetmə orqanlarının hüquqları təmin edilməlidir. Bu sərvətlər üçün qanunvericiliyə uyğun onun istifadəsi və vergiyə cəlb edilməsi dövlətin maraqlarını təmin etməlidir. Vergilərin tətbiqi həm də həmin torpaq, digər sərvətlərdən düzgün istifadə edilməsi və qorunması məqsədi daŞıyır. Ona görə də bu sərvətlər qiymətləndirilir. Qiymətləndirmə - hesablanmıŞvə ekspertiza olunmuŞsərvətin dəyərinin müəyyən edilməsidir. Bu qiymətləndirmə iqtisadi münasibətlər, əqdlər bağlanması və vergi bazarının müəyyən edilməsi üçün vacibdir.