Vergi ödəmələrinin ekoloji meyarları
Ətraf mühitin çirkləndirilməsi həddinin təmin edilməsi və nizamlanmasının geniş istifadə edilən və səmərəli üsullarından biri də vergilər hesab edilir. Ekoloji
(çox hallarda onları ―yaşıl‖ adlandırırlar) vergilər ən azı iki məsələni həll etməlidir:
Birinci elə etmək lazımdır ki, məhsulun dəyəri xərclərin kəmiyyətinə, o cümlədən təbii ehtiyatların dəyəri və ətraf mühitə vurulan ziyanın kəmiyyətinə uyğun olsun;
İkinci, ekoloji ziyanın, bütün cəmiyyət tərəfindən deyil, ziyan vuranın özü tərəfindən ödənilməsinə nail olmaq lazımdır.
Bir sıra hallarda ümumiyyətlə vergi qoymamaq mümkündür. Məsələn, ekoloji fondlar vergilərdən azad olununrlar. Bu siyasəti müxtəlif tullantıların ikinci dəfə emal olunmasından müəssisənin götürdüyü gəlirlər, təbiətin mühafizəsinə təşkilatların və əhalinin könüllü ödəmələri, xarici və Azərbaycan qrantları üçün də həyata keçirmək məqsədə uyğundur.
Dostları ilə paylaş: |