Təbii sərvətlərdən istifadə edilməsində ətraf mühitin mühafizəsinin optimallaŞdırılmasına iqtisadi, texniki, texnoloji, sosioloji təbiəti mühafizə amilləri səbəb olur. Lakin, istehsal texnologiyasının təkmilləŞdirilməsinə, ilkin və təkrar xammaldan kompleks, itkisiz istifadə edilməsinə yönəldilən tədbirlər çoxlu kapital qoyuluŞu və əmək sərfi tələb edir. Məsələn, Selença çayı hövzəsində tikilən təmizləyici qurğuların dəyəri, çirkab sularını Baykal gölünə axıdan müəssisələrin dəyərinin 20-22%-ni təşkil edir. Bəzi hallarda təmizləyici qurğuların dəyəri əsas istehsal fondlarının 30-35 %-i qədər olur. Lakin, son iqtisadi səmərə şəraitində bu müəssisələrin yaradılması zəruridir. İndi iqtisadçıların, mühəndislərin, texnoloqların, ekoloqların və müvafiq mütəxəssislərin mühüm vəzifələrindən biri də torpağın, suyun, havanın, otlaqların, əkin sahələrinin çirkləndirilməsindən təbii sərvətlərdən istifadəsində sərfəli texnoloji üsulların tətbiqinə nail olmaqdan ibarətdir. Bunun üçün ilk növbədə təbii ehtiyyatların iqtisadi qiymətləndirilməsinin və onların istifadəsində optimal modellərini seçməyin böyük əhəmiyyəti vardır. Ətraf təbii mühitin mühafizəsinin optimallaŞdırılmasında xammalın istifadəsində, iqtisadi faydalılığın yüksəldilməsində texnologiya, kimya, iqtisadiyyat və iqtisadi coğrafiya elmləri bir-birilə sıx surətdə əlaqədardır. Təbii sərvətlərin qruplaşdırılmasında iqtisadi-coğrafi konsepsiya böyük əhəmiyyətə malikdir. Bununla yanaşı canlı orqanizmlərdən bəhs edən elmlərin qarşısında böyük problem durur. Təbiətdə olan canlıların orqanizminə təsir edən müxtəlif texnogen dəyişiklikləri müəyyən etmək məqsədilə orqanizmin özünün uyğunlaşma imkanları hələlik hərtərəfli öyrənilməmişdir. Insanlara təsir edən zərərli maddələrin kəmiyyət və keyfiyyətinin sosial-iqtisadi, ekoloji cəhətdən qiymətləndirilməsi kompleks tədbirlər sırasına daxildir. Bu sahədə nəzərə çarpan çətinliklər ondan ibarətdir ki, ayrı-ayrı ölkələrdə tullantıların ətraf mühitə təsiri müxtəlif səpgidə olur. Belə şəraitdə istər dünya miqyasında, istərsə də respublikalarda ətraf mühitin çirklənməsinin ekoloji, sosial-psixoloji nəticələri kifayət dərəcədə öyrənilməmişdir.
Əhalinin urbanizasiyasının, istehsalın təmərküzləşdirilməsinin təbiətə etdiyi təsirin kəmiyyət və keyfiyyət göstəricilərini iqtisadi səpgidə öyrənmək böyük əhəmiyyət kəsb edir. Konkret orqanizmə olan təsir dairəsini araşdırmaq elmi əsaslar üzərində aparılmalıdır.
Ətraf təbii mühitin optimallaşdırılmasının elmi cəhətlərinə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, yaşından, təhsildən, peşəsindən asılı olmayaraq əhalidə, cavanlarda təbiətə şüurlu, ehtiyatlı münasibət bəsləmək və təbiəti qorumaq üçün onları vətənpərvərlik ruhunda tərbiyə etmək lazımdır. İnsanın təbiətə münasibətinin optimallaŞdırılması təkcə mütəxəssislərin-texnoloqların, alimlərin deyil, bu mühüm iŞə cəmiyyət üzvlərinin hamısı cəlb edilməlidir.
Lakin, təbiətə və texnikaya qayğı və münasibətin düzgün tərbiyə edilməsi müəyyən psixoloji maneələrlə əlaqədardır. Hər hansı ölkə, iqtisadi rayon, respublika daxilində təbii sərvətlərin, ətraf təbii mühitin mühafizəsinin elmi əsaslarını ali və orta ixtisas təhsili məktəblərdə tədris etmək də məqsədəuyğundur. Bu sahədə kütləvi mətbuat vasitələrindən geniş istifadə edilməlidir.
Ekoloji vergi sistemi bu və ya digər formada iqtisadi cəhətdən inkişaf etmiş bütün ölkələrdə mövcuddur. Rəsmi şəkildə ekoloji vergidən ilk istifadə ehtiyacı
Avropa Şurasının 1973-cü ildə həyata keçirdiyi ―Ətraf mühiti mühafizə‖ üzrə birinci proqramın reallaşdırılmasında duyulmuşdur. Bu proqramda vergi ödəmənin əsas ―çirkləndirən ödəyir‖ prinsipinini həyata keçirmək idi. 90 –cı illərin əvvəlindən isə ətraf mühit sahəsində ödəmə və vergilər vacib iqtisadi alətlərdən birinə çevrilməyə başladı. Avropa komissiyasının gömrük rüsumları və vergi üzrə direktoratı (sədrliyi) tətbiq edilmə sahəsinə görə ekoloji vergiləri 7 qrupa ayırır:
Enerji vergiləri (mühərrik yanacağı, energetik yanacaq, elektroenerji)
nəqliyyat vergiləri (keçilmiş kilometraja görə vergi; sahibindən hər il vergi tutulması; yeni və yaxud istifadə olunmuş avtomobilin alınması zamanı aksizlərin tətbiqi)
çirklənməyə görə ödəmələr (atmo9sferə və su hövzəsinə atılan emissiyalara görə)
Tullantıların yerləşdirilməsinə görə ödəmələr (buraya zibilliklərdəki tullantıların yerləşdirilməsinə və yenidən istifadəsinə görə ödəmələr və bir sıra xüsusi məhsullara görə vergilər(sürtkü yağı, rezin təkərlər və s. aiddir)
Qlobal dəyişikliklərlə nəticələnə biləcək tullantı maddələrinə görə vergi ödəmələri (məs: azon qatını dağıdan, istixana effekti yaradan qazlar)
Səs – küyün təsirinə görə vergi;
Təbii ehtiyatlardan istifadəyə görə ödəmələr.
Bütün bu vergi ödəmələrinin əsas məqsədi - dövlət büdcəsini doldurmaq deyil, ətraf mühiti mühafizə nöqteyi nəzərindən vergi ödəyicisini öz davranışında
müsbət stimullaşdırmaqdır.
Dostları ilə paylaş: |