Ekoloji sahibkarlığın formaları müxtəlif ola bilər. Onun növləri əsas və
əlavə sahibkarlıqdan ibarətdir:
Əsas sahibkarlıq, ekoloji tələblər və məhdudiyyətlərlə əlaqədar olaraq özündə aşağıdakıları birləşdirir;
ekotexnika, avadanlıq, cihaz və qurğular istehsalı;
yeni və tullantılı texnoloqların, yeni maddələrin (məhsul, xammal və s.) işlənməsi (hazırlanması).
Əlavə (tamamlayıcı) ekoloji sahibkarlıq qeyri-ekoloji istehsalat sahələrini də əlaqələndirir:
ehtiyatların xassə və keyfiyyətlərinin təkrar-ardıcıl istifadəsini;
tullantıların utilizasiyasını;
faydalı qazıntıların çıxarılmasına kömək edən tədbirləri.
Yuxarıda adları çəkilən formalardan başqa ayrıca olaraq ekotəmiz məhsul
istehsalı sferasını da sahibkarlığa aid etmək lazımdır.
Ekoloji sahibkarlığa əmlak mənsubiyyəti nöqteyi-nəzərdən də yanaşmaq olar; bu mülkiyyətə əsaslanır. Ekoloji sahibkarlıq fəaliyyət dairəsinə görə fərqlənir: Onlar aşağıdakılardan ibarətdir; istehsalat, kommersiya (mübadilə sahəsində fəaliyyət), maliyyə (kreditlər, aksiyalar və s.), vasitəçilik (ekomarketinq, ekoinformasiya, məsləhət xidmətləri). Eyni zamanda ekoloji sığorta, lizinq və s. xüsusi ayırmaq olar. Sahibkarlıq formaları fəaliyyət dairəsində həm də birləşmiş (qarışıq) halda ola bilər.
Ekoloji sahibkarlıq keçmiş SSRİ-də 1989-cu ildən fəaliyyətə başlamışdır. Buna təkanverici səbəb-təzəcə başlanmış ―yaşıllar‖ hərəkatı idi. 1991-ci ildə 17 mindən çox sahibkarlıq subyekti qeydə alınmışdı. SSRİ dağıldıqdan sonra onların sayı, xüsusən keçmiş Respublikalarda xeyli azaldı, lakin qalanlar əsas vəzifə kimi məhsul satışında xidmət göstərməyə üstünlük verdilər.
Dostları ilə paylaş: |