Ətraf mühitdən istifadənin idarə edilməsi, dövlət orqanları sisteminin qarŞılıqlı əlaqələri Şəraitində subordinasiya elementlərindən ibarət vahid bir orqanizmdir. Dövlət idarəetmə orqanlarının ekoloji sferada vəzifələri üç toplayıcıdan ibarətdir:
1) idarəetmə-təşkiletmə, ümumi rəhbərlik, operativ sərəncamçılıq, normativ
aktların nəşri və vaxtaşırı onların təkmilləşdirilməsi; 2) planlaşdırma, proqnozlaşdırma və əlaqələndirmə; 3) uçot, nəzarət və yoxlama.
2001-ci ilin may ayının 23-dən Azərbaycanda Dövlət başçısının fərmanına əsasən Dövlət Ekologiya, Dövlət Geologiya, Dövlət Hidrometeorologiya komitələri, Azərmeşə Birliyi və Azərbalıq şirkəti ləğv edilmiş, əvəzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Belə islahatın həyata keçirilməsi məqsədə müvafiqdir. Demək olar ki, nazirlik tamamilə strukturlaşdırılmışdır. Ən başlıcası, nazirliyin ayrı-ayrı strukturları ümumi fəaliyyət üçün işgüzar əlaqələr yaradır. Müəyyən çatışmazlıqlar da mövcuddur. Onları tədriclə aradan qaldırmaq mümkündür. Qeyd etmək lazımdır ki, nazirliyin istər baş və istərsə də yerli strukturlarının fəaliyyətində Respublika və yerli təşkilatların məsuliyyəti xeyli artırılmalıdır.
Təbiəti mühafizə sahəsində qəbul edilmiş bir çox qanunlar və normativ sənədlərdə uzlaşmalar hələ yoxdur: vergiqoyma və digər sahələrdə təbiəti mühafizə tələblərinə riayət edilmir, təbiətdən istifadə edənlərə qarşı bazar təsirinin strukturu hazırlanmamışdır, mənzil-kommunal təsərrüfatı üzrə baş verən bütün neqativ elementlər, sənaye və məişət sularının qarışıq axıdılması, təmizləyici qurğuların tikintisinin bir çox halda özbaşına buraxılması, şəhər kanalizasiya xətlərinin qeyrikafiliyi və s. ekoloji və iqtisadi həvəsləndirmənin qarşısında bir sədd kimi durmaqdadır.
Bir çox ölkələrin təcrübəsində ehtiyatlara görə geniş istifadə olunan ödəmələr sistemi təsiredici amil olmasına baxmayaraq, Azərbaycanda özünəməxsus yer tutmamışdır. Dolayısı tənzimləyicilər sistemi, demək olar ki, yoxdur. Dolayısı metodlar təbiət istifadəçilərinin əmlak mənafelərinə toxunur və təbiəti mühafizə tədbirlərinin faydalı olmasını zərurətə çevirir.
Rusiyada fəaliyyətdə olan qaydalara əsasən müəssisələr əgər təbiəti mühafizəyə ayrılmış vəsaiti mənimsəyirlərsə, ona müqabil ödəmələrin məbləğində düzəliş aparılır. Bu düzəlişlərin təşəbbüskarı təbiətdən istifadə edən olmalıdır.
Qiymətqoyma ―Təbiəti mühafizə tədbirlərinin siyahısına‖ müvafiq aparılır. Bundan başqa, müəssisə əgər əhaliyə sosial və mədəni sferalarda xidmət göstərirsə, ödəmələrin ölçülərinin azalmasına ümid bəsləyə bilər, yaxud ondan tamam azad ola bilər.
Bütövlükdə, ətraf mühitdən səmərəli istifadənin hər bir vasitəsi (instrumenti) yaranmış vəziyyətdən asılı olaraq müxtəlif dərəcədə səmərə verə bilər.
Dostları ilə paylaş: |