Sahibkarlıq fəaliyyətində, təbiətdən səmərəli istifadəyə təsir iki yolla həyata keçirilir: inzibati metodlarla, birbaŞa tənzimləmə və iqtisadi təsir yolu ilə. Ölkələr ekoloji siyasətdə ətraf mühitdən səmərəli istifadə sahəsində iqtisadi həvəsləndirməyə çalışırlar və buna daha çox səy göstərməlidirlər. Ətraf mühitdən istifadə fəaliyyətində iqtisadi həvəsləndirmə elə bir vasitədir ki, iqtisadiyyatın gələcək inkişafının mənafeyi ilə ətraf mühitin mühafizəsini birləşdirir.
Təbiətdən istifadə və mühafizənin idarəetmə mexanizmlərinə üsullar, funksiyalar və təşkilati strukturları (idarəetmə orqanlarını) aid etmək olar.
Ətraf mühitdən səmərəli istifadənin həvəsləndirmə sistemi bütün təsərrüfat subyektlərinin təbiəti mühafizə tələblərinin yerinə yetirilməsində, təbii ehtiyatlardan istifadənin norma və qaydalarına riayət edilməsində maraqlarının artırılmasına yönəldilir. Təbiəti mühafizənin həvəsləndirilməsi əsasən iki üsulla həyata keçirilir: məcburiyyət metodu (neqativ həvəsləndirmə, yaxud inzibati yol) və mükafatlandırma yolu (pozitiv həvəsləndirmə metodu).
Dostları ilə paylaş: |