Ətraf mühitdən istifadə sferasında (sahəsində) dövlət idarəetməsi özündə üç növ fəaliyyət idarəetməsini birləŞdirir: sosial-iqtisadi, inzibati-siyasi, sosialmədəni. Bu sahədə təbiəti bərpa işləri hələ zəif həyata keçirilir, yaxud bəzi sahələrdə heç həyata keçirilmir. Ətraf mühitdən istifadənin idarə edilməsi əsasən inzibati (məcburi), iqtisadi, ideoloji və tərbiyəvi üsullarla bu və ya digər məsələlərin həlli vasitəsilə həyata keçirilməlidir.
İdarəetmə metodları daimi, bilavasitə və operativ olaraq bütün məsələləri həll etməyə və idarəetmənin məqsədlərinə nail olmağa imkan yaradır. Ətraf mühitdən istifadənin idarə edilməsində aşağıdakı təcrübələr vardır: qadağa, müvəqqəti dayandırma, məhrumetmə (istifadə hüququnun dayandırılması), razılaşdırma və icazə (lisenziya verilməsi, təbiətdən kompleks istifadə müqaviləsi və s.).
Ətraf mühitdən istifadə sferasında dövlət idarəetməsi qanunvericilikdə təsbit edilmiş ümumi prinsiplər əsasında həyata keçirilir. Onlara aiddir: qanunilik, ərazi və sahə idarəetməsinin birləşməsi. Qanunvericiliklə təbiəti mühafizənin spesifik prinsipləri müəyyən edilir: komplekslik, ümumilik, planauyğunluq, elmi-texniki tərəqqinin imkanlarından istifadə və beynəlxalq əməkdaşlıq.
Ətraf mühitdən istifadənin idarə edilməsinin son məqsədi–ətraf mühitin keyfiyyətinin optimal vəziyyətinə nail olmaq, təbii ehtiyatların səmərəli istifadə edilməsidir. Lakin buna birdəfəyə nail olmaq olmaz, ona görə də aralıq məqsədlər müəyyən edilir – hər bir mərhələdə konkret ətraf mühiti mühafizə tədbirləri göstərilir.
Dostları ilə paylaş: |