Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Təbiəti mühafizənin idarə edilməsinin növləri



Yüklə 0,95 Mb.
səhifə92/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   88   89   90   91   92   93   94   95   ...   148
Mövzu 6

3. Təbiəti mühafizənin idarə edilməsinin növləri




İdarəetmə idarəçilik sisteminin strukturları arasında qarŞılıqlı əlaqələrin təŞkili üzrə məqsədyönlü fəaliyyətdir, qarŞıda qoyulmuŞnəticələrə, məqsədlərə gətirən bir prosesdir. İdarəetmə qarşıya qoyulmuş məqsəd və vəzifələrə müvafiq olaraq kortəbii və şüurlu ola bilər. Ətraf mühitdən istifadənin idarə edilməsi ətraf mühitdə baş verən proseslərin axınını dəyişməyə məcbur edən və cəmiyyətin xeyrinə istiqamətləndirən əməli hərəkətlər sistemi kimi qəbul edilmişdir.

Ətraf mühitdən istifadənin idarə edilməsi təbiət istifadəçilərinin fəaliyyəti vasitəsilə və ətraf mühit obyektlərinin bilavasitə idarə edilməsi ilə həyata keçirilə bilər. Ətraf mühitdən istifadənin idarə edilməsi cəmiyyətin təbii ehtiyatlara və ətraf mühitin keyfiyyətinə tələbatı ödəmək üçün həyata keçirilir. Özüdə bu ekolojiiqtisadi qanunauyğunluqların, gələcəkdə sabit inkişafın təmin olunmasının dərk edilməsi və istifadəsi əsasında həyata keçirilməlidir. Ətraf mühitdən istifadənin dövlət idarəetməsi səlahiyyətli dövlət orqanlarının təbiətdən səmərəli istifadə və təbiəti mühafizə üzrə təşkilati (təşkiledici) əməli fəaliyyəti deməkdir. Ətraf mühitdən istifadənin idarə edilməsinin subyektləri dövlət orqanlarıdır və ya müvafiq səlahiyyətlərə malik olan idarə və təşkilatlardır. Onlar büdcədən maliyyələşir və zəruri dərəcədə hakimiyyət səlahiyyətlərinə malikdirlər. Ətraf mühitdən istifadənin idarəetmə obyekti-təbiətdən istifadə sferasındakı insanların fəaliyyətidir və hüquqi tənzimləmə əsasında idarə edilir. Dövlət idarəetməsinin formaları idarəetmə aktlarından (normativ, direktiv, fərdi), inzibati sazişlərdən (razılaşmalardan) və maddi-texniki fəaliyyətlərdən ibarətdir.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin