Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ



Yüklə 0,95 Mb.
səhifə91/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   87   88   89   90   91   92   93   94   ...   148
Mövzu 6

Neqativ həvəsləndirmə özündə aşağıdakıları cəmləşdirir:

  1. ətraf mühitdən istifadəyə görə haqq;

  2. zərərli maddələrin ətraf mühitə normativ və normadan artıq atılması

(axıdılmasına) görə ödəmələr;

  1. bərk tullantıların yerləşdirilməsinə görə ödəmələr;

  2. ekoloji zərərli məhsula görə vergi;

  3. ekoloji cəhətdən texnologiya ilə istehsal edilən məhsula görə rüsum;

  4. ekoloji hüquq pozmalarına (xətalara) görə cərimələr, məhsulların ekoloji sertifikatlaşdırılması, aksizlər, rüsumlar və s.

Pozitiv iqtisadi həvəsləndirmə təbiəti mühafizə fəaliyyətinin güzəştli vergiqoyma, kredit ayırma, qiymət siyasəti, "çirkləndirmə hüququ" bazarının tətbiqi, təbiəti mühafizə obyektlərində sürətləndirilmiş amortizasiya üsulu və s. ilə tənzimlənir.

Ətraf mühitdən səmərəli istifadənin həvəsləndirilməsi aŞağıdakı funksiyaları yerinə yetirir: mükafatlandırma, qadağanetmə və kompensasiya yolu ilə əvəzini ödəmə. Mükafatlandırma funksiyası xərclərlə təbiəti mühafizə fəaliyyətinin müqayisəli qiymətləndirilməsi, qadağanedici təbiətdən istifadə subyektlərinin məsuliyyətinin artırılması, kompensasiya yolu isə - dəymiş zərərin ödənməsini təmin edir.

Ətraf mühitdən səmərəli istifadənin mövcud iqtisadi həvəsləndirmə sistemi hər bir ölkənin, o cümlədən, Azərbaycanın "Ətraf mühitin mühafizəsi haqqında" və digər təbiəti mühafizə yönümlü qanunları ilə öz hüquqi qüvvəsinə minmişdir və aşağıdakıları özündə əks etdirir:



  • təbiəti mühafizə üzrə tədbirlərin planlaşdırılması və maliyyələşdirilməsi;

  • ətraf mühitdən istifadəyə limitlərin qoyulması (müəyyən edilməsi);

  • ətraf mühitdən istifadəyə görə haqqın təyin edilməsi, ətraf mühiti çirkləndirməyə görə ödəmələrin təyini;

  • aztullantılı və resursqoruyucu texnologiyaların tətbiqi, təkrar xammaldan istifadə və s. görə vergi və kreditlərdə güzəştlərin tətbiq edilməsi;

  • ətraf mühitə və insanlara vurulmuş ziyanın əvəzinin ödənilməsi;

  • təbiəti mühafizə qurğularına sürətli amortizasiyanın tətbiq edilməsi;

  • ekoloji təmiz məhsula görə mükafatlandırıcı qiymət və əlavələrin tətbiq edilməsi.

Ümumiyyətlə, keçmiş SSRİ-də olduğu kimi, Rusiya Federasiyasında və digər MDB ölkələrində təbiəti mühafizə fəaliyyətinin iqtisadi həvəsləndirilməsi sahəsində həm birbaşa, həm də dolayısı iqtisadi həvəsləndirmə metodları tətbiq edilir. Eyni zamanda, həmin üsulların daha əməli fəaliyyət göstərməsi üçün qanunvericilik və normativ bazalar təkmilləşdirilməlidir. Məsələn, Azərbaycanda

1992-ci ildə qəbul edilmiş ətraf mühiti çirkləndirməyə görə ödəmələr artıq köhnəlməkdədir, bir sıra neqativ təsirlərə görə (elektromaqnit şüalanması, səs-küy, yeraltı və yerüstü suların çirklənməsi, hava ehtiyatlarından istifadə, itirilən ehtiyatın utilizə edilməsi, toksik tullantıların yerləşdirilməsi və s.) hələ də, ölkənin 20 illik müstəqilliyinə baxmayaraq, əməli addım atılmamışdır. Xəzər dənizində neft və qaz hasilatı üzrə 20 kontrakt bağlanmasına baxmayaraq, hələ də Xəzər üzrə ekoloji standartlar hazırlanmamışdır. Balıqları mühafizə sahəsi demək olar ki, hələ öz həllini tapmamışdır.





Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin